
Nanotexnologiya termini ilk dəfə Noriyo Taniguçi tərəfindən işlədilib. Bu sahənin ilkin konsepsiyaları isə dünya şöhrətli fizik Riçard Feynmanın fikirlərindən qaynaqlanıb. O, çıxışında hər bir atom və molekulun ayrı-ayrılıqda idarə oluna biləcəyi bir prosesin mümkünlüyündən danışaraq elm dünyasında yeni bir dövrün başlanğıcını qoyub. Feynmanın bu fikirlərindən ilhamlanan K. Erik Drexler 1986-cı ildə yazdığı “Yaradılış Mühərrikləri: Nanotexnologiyanın Gələcək Era” kitabında nanotexnologiya terminini geniş şəkildə təqdim edib. Bəs nədir bu, haqqında kitablar yazılan, konfranslar keçirilən və araşdırmalara mövzu olan “Nanotexnologiya”? Gəlin bunu müzakirə edək.
Nanotexnologiya nədir?
Nanotexnologiya 1 ilə 100 nanometr arasında dəyişən ölçülərdə aparılan bütün elm, mühəndislik və texnologiya araşdırmalarına verilən addır. Çox kiçik miqyasda aparılan tədqiqatlar toplusu da deyə bilərik. Nano sözü millimetr və ya santimetr kimi müəyyən ölçüləri təsvir etmək üçün istifadə olunur. Nanometr metrin milyardda birinə və ya millimetrin milyonda birinə bərabər ölçü vahididir. Nanohissəcik ölçüsü 1 ilə 100 nanometr arasında olan maddənin tək hissəciyinə aiddir. Onları nəinki çılpaq gözlə görmək, hətta ənənəvi mikroskopla da görmək mümkün deyil.
Nanotexnologiya harada istifadə olunur?
Şübhəsiz ki, nanotexnologiyanın faydaları gələcəkdə daha da aydınlaşacaq və onun istifadə şəbəkəsi daha da genişlənəcəkdir. İnkişafa açıq texnologiyalardan biri olsa da, bu gün bir çox sahədə rast gəlinir. Nanotexnologiya : Kompüter texnologiyaları, elmi tədqiqatlar, elektrik-elektronika, kimya, biologiya və fizika kimi sahələrdə geniş istifadə olunur. Ən böyük istifadə sahələrindən biri şübhəsiz ki, tibb sahəsidir. Hər gün həyatımıza yeni viruslar daxil olur. Bəziləri “Covid-19” kimi bütün dünyaya təsir edərək ölümcül ziyan vurur, bəziləri isə adi viruslar kimi həyatımıza girib daha sonra tərk edir. Günün sonunda söz sağlamlığa gəldikdə, texnoloji inkişaflar sabitdir. Bunun ən yaxşı nümunələrindən biri nanotexnologiyadır. Nanotexnologiyanın köməyi ilə edilən inkişaflar sayəsində yüz minlərlə insanın həyatını xilas edən dərmanlar, tibbi materiallar və maşınlar yaradıla bilər.
Nanotexnologiya məhsulları hansılardır?
Nanotexnoloji məhsullar asan tətbiq xüsusiyyətlərinə malikdir. Onların tərkibində silikon, mum və yaş yoxdur, antibakterial xüsusiyyətlərə malikdir. Son illərdə nanotexnologiya sahəsində aparılan tədqiqatlar nanotexnologiyadan istifadə etməklə istehsal olunan məhsulların müxtəlifliyinə müsbət təsir göstərir. Bu məhsullara: günəş qoruyucuları, özünü təmizləyən eynəklər, yuyucu və dezinfeksiyaedici vasitələr, nanorobotlar, özünü təmizləyən boyalar, tekstil örtükləri, beton-daş-mərmər tətbiqləri, keramika örtükləri kimi məhsullar daxildir.
Nanotexnologiyanın faydaları nələrdir?
Yuxarıda qeyd etdiyimiz kimi nanotexnologiya gündəlik həyatımızda istifadə etdiyimiz məhsullarda da özünü göstərir. Nanotexnologiyanın üstünlükləri haqqında danışarkən ilk ağıla gələnlərdən biri onun daha az xərc tələb etməsidir. Xərcləri azaltmaqla daha çox istehsal imkanları yaradır. Həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Tibb sahəsinə əlavə etdiyi üstünlüklərlə daha sağlam və təhlükəsiz həyat təqdim edir. Bütün bunlara sərf olunan vaxta nəzarət edilir və xərc itkisini minimuma endirəcək şəkildə iş aparılır. Nanotexnologiya sayəsində texnologiyanın inkişaf sürəti artır və ondan daha səmərəli istifadə olunur. Texnologiyadan əldə edilən səmərəlilik həm əmək, həm də vaxtdan qazanc təmin edir.
Mənbə: Evrim ağacı, Yeni şafak
Tərcümə etdi: Dilbər Paşazadə
