Bu gün:

Qarğıdalının faydaları nələrdir?


Vətəni Mərkəzi Amerika olan qarğıdalı bütün dünyada saysız-hesabsız növlər şəklində becərilir. Qarğıdalı, adətən, sarı rəngdə olsa da, lakin qırmızı, narıncı, bənövşəyi, mavi, ağ və qara da daxil olmaqla müxtəlif rənglərdə olur. Qarğıdalının tərkibindəki zəngin qida maddələrinin olması səbəbindən bir çox faydaları mövcuddur. Onun fitokimyəvi maddələrlə zənginliyi istənilən yeməyə ləzzət qatmaqla yanaşı, bir sıra xroniki xəstəliklərdən də qoruyur.

Qarğıdalı bədəninizin ehtiyac duyduğu bütün minerallarla, o cümlədən selenyumla zəngindir. Qarğıdalı E vitamini və fitokimyəvi maddələr kimi antioksidanlarla zəngin olduğu üçün xərçəngin qarşısını almaq qabiliyyətinə də malikdir. O, həmçinin B12 vitamini, fol turşusu və dəmirlə zəngin olmaqla yanaşı, bədəndə qırmızı qan hüceyrələrinin inkişafına da kömək edir. Buna görə də təzə qırmızı qan hüceyrələrinin inkişafı üçün lazım olan qidaları təmin edərək anemiya xəstəliyi riski ilə mübarizə apara bilir.

Qarğıdalının faydaları nələrdir?

Hemoroidin qarşısını alır

Bir stəkan qarğıdalıda lif miqdarı tövsiyə olunan gündəlik miqdarın 18,4 faizini təşkil edir. Bu, qəbizlik və hemoroid kimi həzm problemlərini aradan qaldırmağa kömək edir.

Enerjinizi artırmağa kömək edir

Əgər idmançısınızsa və ya idman zalında məşq etməyi sevirsinizsə, yeməklərinizə mütəmadi olaraq qarğıdalı əlavə edə bilərsiniz. Qarğıdalı daha uzun müddət enerjili olmağa kömək etsə də, yavaş həzm olunan kompleks karbohidratları ehtiva edir.

Ürəyin sağlamlığını qoruyur

Son tədqiqatlar nəticəsində, qarğıdalı taxıllarında olan fitonutrientlərin geniş birləşməsi sayəsində antioksidantlarla zəngindir. Qarğıdalıda olan lutein və zeaksantin kimi karotenoidlər ürəyin sağlamlığını qoruyan xüsusiyyətlərdən biridir.

Sağlam dəriyə sahib olmağa kömək edir

Qarğıdalı C vitamini və likopen kimi tərkibə malik olduğu üçün kollagen istehsalını artırmaqla yanaşı, ultrabənövşəyi şüaların yaratdığı sərbəst radikalların dəriyə zərər verməsinin qarşısını alır. Həmçinin qarğıdalı yağı, qarğıdalı nişastası kimi məhsullar əksər kosmetik məhsulların tərkibində istifadə edilə bilər.

Mənbə: Cumhuriyet

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et