Bu gün:

Ən məşhur şokolad növləri


Areda Sorğusunun 1100 nəfərin iştirakı ilə apardığı şokolad araşdırmasına görə, türklərin 54,4 faizi südlü şokolad yeyəndə özünü xoşbəxt hiss edir.

Şokolad ən çox sevilən qəlyanaltılardan biridir. Xüsusilə, kakao miqdarı artdıqca faydaları artır. Məlumdur ki, tərkibində çoxlu antioksidant olan kakao serotonin ifrazını dəstəkləyərək xoşbəxtlik səviyyəsini artırır. Tərkibindəki kakao miqdarına görə müxtəlif şokolad növləri var: ağ şokolad, südlü şokolad və tünd şokolad. 

Mütəxəssislər ən faydalı şokoladın bol kakaolu tünd şokolad olduğunu vurğulayırlar. Araşdırmada ən çox seçilən şokolad soruşuldu. Sağlam tünd şokolada üstünlük verənlərin faizi də az deyil... Araşdırmaya görə, türklərin 41,9 faizi qara şokoladı üstünlük verir. Mütəxəssislər tərəfindən çox sağlam olduğu deyilən və ürək xəstəliklərinə qapı açan ağ şokoladlara üstünlük verənlərin sayı yüzdə 12 olaraq qalır.

Ən çox hansı şokolad növünə üstünlük verirsiniz?
Südlü 54%
Acı 41,9%
Fındıqlı 30,3%
Ağ 12,2%

Şokolad yeyəndə özünü necə hiss edirsən?
Xoşbəxt 44
Zövqlü 23.7

Hansı içki ilə şokoladı yeməyə üstünlük verirsiniz?
Qəhvə 76,6%
Qazlı içkilər 15.1
Çay 6.6

Mənbə: CNN Türk

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et