
ChatGPT “WhatsApp”da necə işləyir?
İstifadəçilər sadəcə WhatsApp-a “1-800-CHATGPT” nömrəsini əlavə etməklə ChatGPT ilə əlaqə saxlaya bilərlər. Dostunuzla söhbət etmək kimi, mesaj yazmaqla süni intellektlə dəstəklənən cavablar ala bilərsiniz. Üstəlik, bu inteqrasiya türk dili dəstəyi də təklif edir!
Vurğulanan xüsusiyyətlər:
WhatsApp-ın 3 milyarddan çox istifadəçi bazası sayəsində “ChatGPT”ə daxil olmaq həmişəkindən daha asandır. ChatGPT hətta zəif internet bağlantısı olan bölgələrdə də istifadə oluna bilər, ona görə də məlumat əldə etmək hər yerdə mümkündür. Həmçinin
cümlə nümunələri, qrammatik izahatlar və praktiki məşqlərlə öyrənmə prosesini dəstəkləyir.
Gələcəyə qapı rolunu oynayan intellekt:
Bu inteqrasiya süni intellektin gündəlik həyatımıza necə təsir edilə biləcəyinin yüksək səviyyəli nümunəsidir. Bu addımla OpenAI, süni intellekti daha geniş auditoriyaya çatdırmaq məqsədinə bir addım daha yaxınlaşmış kimi görünür.
WhatsApp vasitəsilə “ChatGPT”dən istifadə edin və siz də süni intellektlə dəstəklənən söhbətdən həzz alın!
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
