Bu gün:

Cins şalvar necə yarandı?


İndigo mavi qatlanmış ayaqlarından tutmuş boş modellərə, günümüzün cılız ayaqlarına qədər və forması tez-tez dəyişən denim şalvarlar 20-ci əsrin ikinci yarısından sonra moda dünyasının əvəzolunmaz ikonuna çevrildi. Bu şalvarların ortaya çıxması, ümumiyyətlə, onun inkişafına əsaslanır.

Levi Strauss cins şalvarın yaradıcılarından biri hesab olunur. İlk cins şalvarlar 1873-cü ildə Kaliforniyada Gold Rush-dan dərhal sonra istehsal edilmişdir. Almaniyanın Bavariya bölgəsində doğulan Strauss 1853-cü ildə Nyu-Yorkdan San Fransiskoya köçərək orada topdansatış mağazası açdı.

Jacob Davisin verdiyi məlumat, əsasən, dizayn etdiyi yeni şalvarını satışa çıxarmaq üçün iş ortağı axtarmaq idi. Bağlanma yerlərini pərçimlərlə bərkidilərək kişilərə məxsus iş şalvarlarını daha möhkəm edən bu dizaynın patenti 1873-cü ildə Jacob Davis və Levi Strauss A.Ş.-yə verilir. Beləliklə, iş geyimləri sahəsində yeni geyim olan ilk cins şalvarlar meydana çıxdı.

Cins şalvarın hazırlanmasında əsas parça olan denim Fransanın Nimes şəhərinin adından götürülüb. Bölgənin original adı Serj de Nimes amerikalılar tərəfindən denim şəkildə işlədilməyə başlandı. 19-cu əsrdə bu bölgəyə xas olan indiqo mavi rəngli xüsusi toxunmuş pambıq parçalar  Genuya dənizçiləri üçün şalvar istehsalı zamanı istifadə edilmişdir. Cins şalvarın ingiliscə qarşılığı olan sözün fransızca Genuya sözü olan  "Genes" sözündən yarandığı düşünülür.


Mənbə: BBC 

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et