Bu gün:

“Qalib gəlmək istədiyimizi söyləməkdən qorxmuruq”


Bukayo Saka deyir ki, o və Arsenal komanda yoldaşları bu mövsüm Premyer Liqa və ya Çempionlar Liqasını qazanmaq istədiklərini söyləməkdən qorxmurlar.


“Topçular” son iki yerli kampaniyanın hər birində “Mançester Siti”də ikinci yeri tutublar və bu ilin bayram dövrünə alti xalla yuxarı qalxaraq cədvəldə üçüncü yeri tutublar.

Onlar 6 illik fasilədən sonra ötən mövsüm Çempionlar Liqasına qayıtdılar və 1/4 finala yüksəldilər.

Arsenalın böyük kubok qazanmasından dörd il keçir və Saka bu mövsümü başa vurmağa kömək etməkdə qərarlıdır.

"Biz qorxmuruq. Son iki mövsüm liqa üçün mübarizə apardıq və çox yaxınlaşdıq",-deyə BBC Sport-a eksklüziv müsahibəsində bildirib.

“Biz həm də Çempionlar Liqasına qayıtdıq, indi orada müəyyən təcrübəmiz var. Ona görə də hər kubok uğrunda mübarizə aparmağa hazır olduğumuzu hiss edirik. Biz həqiqətən növbəti addımı atmaq və nəyisə qazanmağa çalışmaq istəyirik".

Saka 2020-ci ildə FA Kubokunu qazanan Arsenal komandasının bir hissəsi idi, lakin eyni zamanda iki Avropa Çempionatının finalını uduzmağın və iki dəfə Premyer Liqada ikinci yeri tutmağın məyusluğunu yaşadı.

Mənbə: BBC News

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et