Bu gün:

Dünyanın ən zəhərli ilanları


İndiyə qədər yer üzündə yaşayan 3500-ə yaxın ilan növü aşkar edilmişdir. Bu ilanlardan 70-ə yaxını zəhərlidir. Zəhərli ilanların 80%-i Afrika və Asiyada yaşayır.

Ölüm gürzəsi:

Elmi adı Acanthophis antarcticus olan bu ilan növü ölüm gürzəsi kimi də tanınır. Bədəni digər ilanlardan daha qalın olsa da, ən sürətli ilan növlərindən biridir. Yalnız Avstraliyada görülən Ölüm gürzəsinin ən əhəmiyyətli xüsusiyyəti ovunu dəqiqələrlə tərpənmədən gözləyə bilməsidir.

Yaşıl ağac Mamba:

Qara mambalardan fərqli olaraq, yaşıl ağac mambaları ən çox Nigeriya və Kamerunda rast gəlinir, onlar hücumdansa, təhlükə anında qaçmağa üstünlük verirlər. Ən kiçikləri cəmi 200 sm-dir, qabaqcıl növlər isə 2 metr uzunluğa çata bilər.

Pələng ilan:

Dünyanın ən təhlükəli və zəhərli ilan növlərindən biridir. Zəhərlənmiş heyvanlarda əvvəlcə uyuşma, sonra isə qismən iflic müşahidə edilir. Yaşıl, qəhvəyi, sarı və ağ ola bilən pələng ilanlarının yaşayış yeri Avstriyadır.

Gürzə:

Türkiyədə də görülən gürzə ilanları gecə heyvanları arasındadır. Yalnız gecələr ovlayan bu ilan növü təhlükə hiss etdiyi zamanda insanlara hücum edə bilir. Ən çox yayılmış gürzə növləri bunlardır: Buynuzlu gürzə, Vipora Nikolskil, Qafqaz gürzəsi, Vipera dinniki və ağ zolaqlı dağ gürzəsi.

Daxili Taypey:

Daxili taypanın elmi adı Oxyuranus microlepidotus-dur, Avstraliyanın daxili hissələrində yaşadığı üçün belə adlandırılmışdır. Ən nadir ilan növlərindən biridir. Adətən, dağ siçanları və dovşanlarla qidalanan daxili taypanların orta uzunluğu 1,5 metrdir.

Mənbə: Hürriyet

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et