Bu gün:

5 böyük gözəllik yalanı


Gözəlliklə bağlı bəzi miflər var. Bu yalanlara inanmağı dayandırmalıyıq. Məsələn, şokolad sızanaqların yaranmasına səbəb olur. Ayağı ayaq üzərinə qoymaq varikoz damarlarını artırır. Yəqin ki, bu fikirləri çoxumuz eşitmişik.

1. Günəş verdiyi zərərin 80%-i 18 yaşından əvvəl baş verir.

Yeni bir araşdırmaya görə, 18 yaşından əvvəl UV şüalarının yalnız 23%-nə məruz qalırıq. 40 yaşında bu nisbət təxminən 46% təşkil edir. 59 yaşında isə 74%-ə çatır. Deməli, artıq heç kim “mənə nə olub” deyə bilməyəcək. Günəşdən qoruyucu istifadəsi ilə hələ də günəşin yaratdığı qocalmanın qarşısını ala bilərik.

2. Yuxusuzluq göz altının qaralmasına səbəb olur

Yuxunun olmaması bir çox şeyə səbəb ola bilər, məsələn, unutqanlıq, çəki artımı və s. Ancaq Yale Universitetinin dermatoloqu Prof. David Leffell deyir ki, göz altının qaralması bu bölgədəki nazik dəri altında damar sıxlığının nəticəsidir. Onlar genetika ilə müəyyən edilir. Deməli, az və ya çox yatmağın heç bir fərqi yoxdur.

3. Yağlı qidalar və şokolad sızanaqların yaranmasına səbəb olur

Cornell Universitetinin Weil Tibb Məktəbindən dermatoloq Diane Berson deyir ki, suşi və qabıqlı balıqlar tərkibindəki yüksək yod səbəbiylə sızanaqları artıra bilən yeganə qidalardır.

4. Çoxlu su içmək dərini nəmləndirir

Dərinin nəm səviyyəsi ətraf mühitdən və yaşdan təsirlənir. Dərini yalnız xarici olaraq nəmləndirici ilə nəmləndirə bilərsiniz. Dermatoloq Rodan deyir ki, dəri boynu əyilmiş bitki deyil ki, onu su ilə dirçəltmək olur. Dəriniz kəskin şəkildə quruyarsa (adətən xəstəlik nəticəsində), rəngi solğunlaşacaq. Ancaq susuzluğunuzu yatırdığınız müddətdə vücudunuz maksimum dərəcədə nəmlənəcək.

5. Ayağı ayaq üzərinə qoymaq varikoz damarları yarada bilər

Varikoz damarlarına genetika, hamiləlik və uzun müddət ayaq üstə qalmaq səbəb olur. Dr. Berson deyir ki, ayağı ayaq üzərinə qoymaq damarlara bir qədər təzyiq edir. Amma varikoz damarlarının əmələ gəlməsi üçün aylarla gündə 12 saat bu şəkildə oturmaq lazımdır. 

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova


Paylaş
Şərh əlavə et