“Mançester Yunayted” PSJ-nin sol cinah müdafiəçisi Nuno Mendesin vəziyyətini yaxından izləməkdə davam edir. Bu barədə Almaniyanın Sky idman platformasına istinadən məlumat verilib.
Portuqaliyalı müdafiəçi Nuno Mendes hazırkı “Yunayted” baş məşqçisi Ruben Amorimin rəhbərliyi altında “Sportinq”də ilk komanda debütünü edib. Onun PSJ ilə olan müqaviləsinin 2026-cı ildə sona çatacağı məlumdur.
Məlumata görə, PSJ Mendesin müqaviləsini uzatmağa çalışır, lakin futbolçunun Paris klubunda yeni müqavilə imzalamaq fikrində olmadığı bildirilir. Bu vəziyyət “Mançester Yunayted”in diqqətindən yayınmayıb.
22 yaşlı müdafiəçinin, “Yunayted”in transfer siyahısında Teo Hernandez və Alfonso Devislə birlikdə nəzərdən keçirilən əsas sol cinah müdafiəçilərindən biri olduğu qeyd olunur.
Mənbə: BBC Sport
Tərcümə etdi: Müzəffər Quluzadə
