Bu gün:

Samsung Galaxy S25 seriyasının təqdimat tarixi təsdiqlənib


Samsung Galaxy S25 seriyasının təqdimat tarixi təsdiqlənib.
Samsungun növbəti nəsil Galaxy S25 flaqmanlarının təqdimat tarixi 22 yanvar 2025-ci il olaraq müəyyən edilib. Bu məlumat, Evan Blass tərəfindən sızdırılan İtalyan marketinq materialında əks olunub. Sözügedən görüntü, Galaxy S25, S25+, S25 Ultra və S25 Slim modellərindən ibarət dörd cihazı nümayiş etdirir. Etibarlı mənbələrə görə, :Galaxy Unpacked" tədbiri Kaliforniyanın San-Xose şəhərində keçiriləcək və Sakit okean vaxtı ilə səhər saat 10:00-da başlayacaq. Tədbirdə Samsungun yaxınlarda elan etdiyi "Project Moohan XR" qulaqlığının da təqdim olunacağı gözlənilir.

Mənbə : Gsmarena
Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et