Bu gün:

Yerimək şəkli sağlamlıq göstəricisidir


Tədqiqatlar göstərir ki, yeriş sürətimiz sağlamlığımız haqqında vacib məlumat verir.

Tədqiqatlar göstərir ki, nə qədər sürətli gəzsəniz, sağlamlığınız bir o qədər yaxşı olar. Amerika Tibb Assosiasiyasının Jurnalına görə, ürək cərrahları əməliyyatdan sonra sağalmaqda çətinlik çəkən xəstələri müəyyən etmək üçün yeriş testindən istifadə ediblər. Yerimək ürək-damar xəstəlikləri və idrak pozğunluğu kimi poblemlərə qarşı faydalıdır. İndi mütəxəssislər necə yeridiyimizə baxaraq sağlamlığımızla bağlı vacib məlumat əldə edə bilərlər.

Gəzinti sürəti və bioloji yaş

JAMA Journal-da dərc olunan araşdırmaya görə, həkimlər bioloji və xronoloji yaşı müqayisə etmək üçün yeriş sürətindən istifadə edə bilərlər. Müvafiq olaraq, fiziki aktivlik maddələr mübadiləsinin ümumi vəziyyəti haqqında məlumat verir. Həmçinin normadan daha sürətli və ya daha yavaş yeriməyə başlasanız, bu, həm də ümumi sağlamlığınızda nəyinsə dəyişdiyinin əlaməti ola bilər.

Normal gediş sürəti saatda 4-5 km və ya hər 15-20 dəqiqədə təxminən 1,5 km hesab olunur. Gəzinti sürəti fitness səviyyənizə, həmçinin cinsiyyət, çəki və boy kimi bioloji xüsusiyyətlərə görə dəyişə bilər. Gəzinti sürətinin dəyişməsi yaşa əsasən normal hesab olunur.

2018-ci ilin başqa bir araşdırması təsdiqləyir ki, normadan bir az daha sürətli yerimək də sağlamlığı yaxşılaşdıra və ömrü uzada bilər. Müntəzəm yeriməyin ən məşhur faydaları ürək-damar sağlamlığının yaxşılaşdırılması, infarkt riskinin azalması və ümumi sağlamlığın qorunmasıdır.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş