Bu gün:

Yoncanın insanlar tərəfindən bilinməyən mənaları


Tarix boyu insanlar müəyyən əşya və hadisələri xüsusi mənalarla simvollaşdırıblar. Bunlardan biri də yoncadır. Tarix boyu müxtəlif mədəniyyətlərdə təsvir edilən dördyarpaqlı yoncaya müxtəlif mənalar aid edilmişdir.

4 yarpaqlı yoncanın mənası nədir?

Yonca öz forması və canlı parlaq yaşıl rəngi ilə həmişə insanların diqqət mərkəzində olub. Yonca 3 yarpaqlı olsa da, 4 yarpaqlı və 5 yarpaqlı yoncaya nadir hallarda rast gəlmək mümkündür. Bir çox mədəniyyətdə yonca fərqli mənalara sahibdir. Məsələn, İrlandiyada "gül yonca" kimi tanınan 5 yarpaqlı yonca xüsusi bir mükafat kimi hesab olunur.

Dörd yarpaq yoncanın latınca adı "trifolium repense" deməkdir. Dördyarpaqlı yoncaya xüsusi mənaların verilməsi qədim dövrlərdən bəri davam edir. 1640-cı ildə dördyarpaqlı yonca haqqında uşaqlar üçün yazılmış əsər mövcuddur. Sonrakı əsrlərdə 4 yarpaqlı yoncanın xeyir və şansı təmsil edən simvollardan birinə çevrildi. Zaman keçdikcə bu inanclar artaraq və müxtəlifləşərək yayılmağa başladı.

Dördyarpaqlı yoncanın özünəməxsus mənaları mövcuddur:

  • Dördyarpaqlı yonca tapan adamın tezliklə evlənəcəyinə inanılır.
  • Dördyarpaqlı yonca görən və ya tapanların böyük sevgi yaşayacağına inanılır.
  • Ümid və imanı simvollaşdırır.

Dördyarpaqlı yoncanın birinci yarpağının "ümid", ikinci yarpağının "inam", üçüncü yarpağının "sevgi", dördüncü yarpağının isə "bəxt" mənasını ifadə edir.

Mənbə: Hürriyet

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et