"Atletiko Madrid" deyəndə ilk ağla gələn adlardan biri olan Antuan Qrizman klubu ilə vidalaşmağa hazırlaşır.

Fransız ulduzun Los Anceles FK-ya transfer olunacağı iddia edilirdi. Antuan Qrizmann ABŞ-ə səfər edir.
Sentyabrın 30-da Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayan ulduz futbolçu indi Atletiko Madriddən ayrılmağa hazırlaşır.
33 yaşlı futbolçunun yanvarda ABŞ-nin “Los Angeles FC” komandasına gedəcəyi iddia edilirdi.
Milli komandadakı dostları Olivye Jiru və Llorisin də eyni komandada çıxış etməsinin Qrizmanın qərarında həlledici amil olduğu iddia edilirdi.
Karyerasında “Real Sosyedad”, “Atletiko Madrid” və “Barselona”nın uğurları üçün çox çalışan fransalı futbolçuya ümumilikdə 182 milyon avro transfer haqqı ödənilib.
Ulduz hücumçu bu mövsüm "Atletiko Madrid"in heyətində bütün turnirlərdə 18 matçda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.
Antuan Qrizmannın La Liqa komandası ilə 30 iyun 2026-cı ilə qədər müqaviləsi var.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
