"Yuventus"da çıxış edən 19 yaşlı milli futbolçu Kənan Yıldız İtaliyanın gündəminə düşüb.

Tuttosport-un 2003-cü ildən bəri mövsümün 21 yaşadək ən yaxşı futbolçularına verdiyi "Qızıl oğlan" mükafatları sahiblərinə verilərkən, qəzetlər Kənan Yıldızı manşetlərə daşıyıb.
"Barselona"da çıxış edən Lamine Yamal "Qızıl Oğlan" mükafatını, Kənan Yıldız isə "Qızıl Oğlan Veb" mükafatını alıb.
Turində təşkil edilən gecəyə qatılan və mükafatını alan Kənan Yıldız açıqlamasında "bu mükafatı azarkeşlərin sayəsində qazandım. Mənə göstərilən etimada görə təşəkkür edirəm. Gələn il yenidən qazanıb, bu etimadı qırmamağa və komandanın uğurlarına töhfə verməyə davam edəcəm",- deyə bildirib.
Mükafatlandırma mərasimini yaxından izləyən türkiyəli jurnalist və eyni zamanda İtaliya İdman Yazarları Dərnəyinin İdarə Heyətinin üzvü Dündar Keşaplı milli futbolçunun bu mötəbər mükafatı qazanmaqla həm komandası “Yuventus”un, həm də Türkiyə futbolunun fəxri olduğunu bildirib. Tuttosport isə “Yıldız birdir” başlığını yazıb və Kənan Yıldızın “Yuventus” azarkeşlərinin kumiri olduğunu bildirib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
