Bu gün:

Çelsidə Mudrik fəlakəti


İngiltərə Premyer Liqasında “Çelsi” komandasının ukraynalı futbolçusu Mixaylo Mudrikin nümunəsində qadağan olunmuş maddə aşkar edilib.


London klubundan verilən açıqlamada 23 yaşlı sol cinah oyunçusunun rutin sidik testində mənfi nəticə çıxardığı və İngiltərə Futbol Federasiyası tərəfindən paylaşıldığı bildirilib.

Mudrik sosial media hesabındakı paylaşımında, "Mən heç vaxt bilərəkdən qadağan olunmuş bir maddə istifadə etmədiyim və ya qaydaları pozmadığım üçün bu vəziyyət tam şok olub.

Bunun nə üçün baş verdiyini öyrənmək üçün komandamla birlikdə çalışıram. Bilirəm səhv bir şey etmədim, ümid edirəm ki, tezliklə meydana qayıdacağam"-deyə bildirib.

2023-cü ilin yanvarından "Çelsi"də çıxış edən ukraynalı futbolçuya İngiltərə Futbol Federasiyası tərəfindən müvəqqəti cəza veriləcəyi gözlənilir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et