Bu gün:

Gözəl göstərib sağlamlığı korlayan 8 şey


Bəzi geyimləri və aksessuarları istifadə etməzdən əvvəl iki dəfə düşünün. Çünki bəziləri sağlamlıq üçün zərərlidir.

Bəziləri deyir ki, gözəllik qurban tələb edir. Qadınlara çətin anlar yaşadan dar korsetlər, insanların normal nəfəs almasına imkan verməyən sərt yaxalar keçmişdə qalsa da, hələ də dəblə uyğunlaşdırılır. Onlardan bəzilərini təqdim edirik.

Sivri burunlu ayaqqabılar

Sivri burunlu ayaqqabılar ayağınıza hündürdaban ayaqqabılar qədər zərər verir. Bu cür modellərdə ayaq barmaqları üçün kifayət qədər yer yoxdur. Həmçinin bütün ağırlığınız ayaqlarınızın ön hissəsindədir, bu da ayaq barmaqları arasında kallus və sinir zədələnməsinə səbəb olur.

Bir neçə ölçülü böyük ayaqqabı

Məşhurlar, adətən 1-2 ölçü böyük ayaqqabı geyinirlər. Böyük ayaqqabılara üstünlük vermələrinin səbəbi isə kallusların və şişkinliyin qarşısını almaqdır. Ayaqqabı dar deyilsə, qan dövranı normada olur və təzyiq yaranmır. Ancaq bu cür ayaqqabıları da müntəzəm olaraq geyinmək ziyandır. Həmçinin onlar yeriş tərzini dəyişir. Ayaqqabıların ayağımızdan çıxmasından qorxuruq, ona görə də barmaqlarımızı çimdikləyirik. Bu isə ayaqlarda, dizlərdə, kürəkdə və hətta boyunda problemlər yaradır.

Şəffaf plastik ayaqqabı

Bir çox moda qadınları bir neçə ildir şəffaf ayaqqabılar geyinirlər. Onları tez-tez geyinmək ziyanlıdır. Bunun səbəbi plastikin hava dövranına imkan verməməsidir. Bu səbəbdən içəridə ilişib qalan ayaqlarınızda göbələk və bakteriyalar əmələ gəlir. Plastikdən hazırlanan ayaqqabılar ayaqları çox tərlədir və kallus yaradır.

Babet ayaqqabılar

Babet ayaqqabılar da həmişə yaxşı seçim deyil. Bu cür modellər ayaq üçün lazımi dəstəyi vermir, diz və bel problemlərinə səbəb olur. Yastı ayaqqabıların dabanları çox nazik olduğu üçün ayaq hər kiçik qayanı hiss edəcək. İti bir şeyin üzərinə basdıqda isə ayaqqabınızın və ayağınızın deşilmək riski var.

Ağır zərgərlik aksessuarları

Böyük, ağır sırğalar sizi mütləq gözəl göstərəcək. Ancaq belə aksessuarların bir mənfi cəhəti odur ki, qulağınızı zədələyə bilər. Bununla yanaşı, erkən yaşlanmaya səbəb ola bilər.

Korsetlər

Korset taxaraq bədəninizi demək olar ki, mükəmməl göstərə bilərsiniz. Lakin korset təhlükəlidir. Korsetlərin səbəb ola biləcəyi ən ümumi problem dərinin qıcıqlanmasıdır. Korset çox sıx bağlanarsa, sinirlərə təzyiq edər və uyuşmaya səbəb olar. Əgər qan dövranınız zəifdirsə, bu, daha çox ayaq şişməsi ilə nəticələnər.

Dar paltarlar

Çox dar geyimlər də uzun müddət və tez-tez geyinildikdə təhlükəlidir. Bu dərinin qıcıqlanmasına və infeksiyalara səbəb olur. Dar geyimlər qan dövranının yaxşı olmasına imkan vermir və həzm problemlərinə gətirib çıxarır.

Yüksək belli şalvar

Dar şalvarlar, xüsusən də, yüksək belli modellər sağlamlıq üçün təhlükəlidir. Bu cür geyimlər oturanda mədəyə təzyiq göstərir. Nəticədə, turşu axını baş verir. Bundan əlavə, arxa və periferik əzələlər şalvarın dəstəyinə arxalanır və aktiv şəkildə işləmir. Bu da bel ağrısını yaradır.

Mənbə : Habertürk

Tərcümə etdi : Samirə İsmayılova

Paylaş