
“Çelsi”nin cinah oyunçusu Mixayıl Müdrik qadağan olunmuş maddə üçün verdiyi test müsbət çıxdıqdan sonra "tam şokda" olduğunu söylədi.
Klub çərşənbə axşamı günü təsdiqlədi ki, Ukrayna millisinin verdiyi "adi sidik testində mənfi tapıntıdan" sonra Futbol Assosiasiyası onlarla əlaqə saxlayıb. Müdrik qadağan olunmuş bir maddədən istifadə etdiyini inkar edir və “Çelsi” uğursuz testin səbəbini müəyyən etməyə çalışacaqlarını söyləyir. Mudrik İnstaqramda yazıb: "Bu, tamamilə şok oldu, çünki mən heç vaxt bilərəkdən qadağan olunmuş maddələrdən istifadə etməmişəm və ya qaydaları pozmamışam və bunun necə baş verdiyini araşdırmaq üçün komandamla yaxından işləyirəm. Mən səhv bir şey etmədiyimi bilirəm və tezliklə meydançaya qayıdacağıma ümid edirəm.”
FA qaydalarına əsasən, narkotik testi müsbət çıxdıqdan sonra oyunçular müvəqqəti olaraq futboldan kənarlaşdırıla bilər. Qadağan olunmuş maddəni qəsdən qəbul etdiyi aşkarlanan oyunçular FİFA qaydalarına əsasən dörd ilə qədər oyundan kənarlaşdırılır.
Mənbə:BBC Sport
Tərcümə etdi:Səma İsmayılova
