Bu gün:

"Sora": Süni intellektlə mətindən videoya çevrilmə


OpenAI süni intellekt yarışında rəqabətini sürətləndirib və mətndən video yaradan "Sora" aləti ilə diqqət çəkib. Şirkətin bu yeni texnologiyası istifadəçilərə qısa mətn daxiletmələri ilə təsirli videolar yaratmağa imkan verir.


İstifadəçi təcrübəsi "Sora Turbo" ilə bir addım irəli keçir..


"OpenAI"nin rəsmi açıqlamasına görə, yeni platforma “sora.com” vasitəsilə təqdim edilib. "Sora Turbo"  20 saniyəyə qədər videolar istehsal edə bilən bir sistem təklif edir. İstifadəçilərə sürətlə yaradıcı məzmun yaratmağa imkan verən bu alət standart xüsusiyyətlərinə əlavə olaraq "ChatGPT Pro" planı ilə daha əhatəli təcrübə təqdim edir.


"Sora" 18 yaşdan kiçik şəxslər tərəfindən istifadəyə qadağa qoyulub və Avropa İqtisadi Bölgəsi, Böyük Britaniya və İsveçrə kimi regionlarda hələ aktiv deyil.


"Sora" tərəfindən təklif olunan innovativ xüsusiyyətlər də bəzi narahatlıqlar doğurur. Süni intellektlə hazırlanan məzmunun təbliğat, fırıldaqçılıq və yalan məlumatların yayılması kimi sahələrdə istifadə oluna biləcəyi fikri xüsusilə Avropada tənzimləyici qurumları səfərbər edib.


"OpenAI", bu cür risklərin qarşısını almaq üçün sistemdə ciddi təhlükəsizlik tədbirləri hazırladığını açıqlayıb. Şirkət həddindən artıq zorakılıq, nifrət nitqi və məşhurların icazəsiz istifadəsinə qarşı ciddi qadağalar qoyur və istifadəçiləri platformadan etik qaydalara uyğun istifadə etməyə sövq edir. 


Çindən rəqabət: "Kling AI" səhnəyə çıxır


Təkcə "OpenAI" deyil, Çin şirkətləri də süni intellekt texnologiyalarında diqqətəlayiq irəliləyişlər əldə edirlər. Belə ki, "Kling AI" Çin Kuaishou Technology tərəfindən hazırlanıb və "Sora" kimi mətndən yüksək keyfiyyətli videolar istehsal edə bilən bir vasitə kimi təqdim edilib. "Kling AI" 2024-cü ilin iyul ayında beta versiyası ilə bütün dünyada istifadəçilərə təqdim edilib.


"OpenAI"nin "Sora" ilə başlatdığı bu yeni dövrün rəqəmsal məzmun istehsalında mühüm mərhələ olacağı və sənayedə rəqabəti daha da artıracağı gözlənilir. Bununla belə, texnologiyadan düzgün və etik istifadənin təmin edilməsi bu inkişafların davamlı olması üçün həyati əhəmiyyət kəsb edir.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et