Qarışıq döyüş sənətlərində (MMA) ad çıxarmaq istəyən çox sayda döyüşçü olsa da, hamısı uğur qazana bilmir. Həvəskar səviyyədən UFC-yə yüksəlmək üçün orta hesabla 2-8 il tələb olunur. Əgər UFC ilə əlaqələriniz varsa və ya yüksək səviyyəli bir idman zalında məşq edirsinizsə, bu müddət daha qısa ola bilər.
Nə olursa olsun, MMA-da irəliləmək üçün güclü iş etikası və qalibiyyət seriyasını qorumaq vacibdir. Peşəkar MMA döyüşçüləri həftədə 5-6 gün, ümumilikdə 20-24 saat məşq edirlər. Döyüşlərə hazırlaşmaq üçün gündə 2-3 dəfə intensiv məşq etmək tələb olunur.
UFC-yə daxil olmağın ən çətin mərhələsi qəbul prosesidir, çünki bu, əsasən şans və əlaqələrdən asılıdır. İlk olaraq 6-8 həvəskar döyüşdə qalib gəlmək lazımdır. Əgər sosial mediada kifayət qədər izləyiciniz varsa və məşqçinizin güclü əlaqələri mövcuddursa, skautlar döyüşlərinizi və ya məşq etdiyiniz idman zalını izləyə bilər. Onların axtardığı çəki dərəcəsinə və kriteriyalara uyğun gəlirsinizsə, növbəti peşəkar döyüşlərdən birində iştirak etmək şansı əldə edə bilərsiniz.
Mənbə: WikiHow.com
Tərcümə: Nazrin Hümbət