Bu gün:

Argentinanın məşhur mif və əfsanələri


Argentinanın zəngin mif və əfsanə dünyasına Quarani xalqının yaradılış mifləri və "Kaktus əfsanəsi" kimi maraqlı hekayələr daxildir. Bu hekayələr yüzilliklərdir mövcuddur və Argentina cəmiyyətinin bir hissəsi olaraq qalmağa davam edir.


Argentina mifləri və əfsanələri bölgədə yaşayan yerli xalqların zəngin şifahi tarixindən yaranıb. Zamanla bu əfsanələr insan qruplarının miqrasiya yollarına görə bir çox ölkəni əhatə edib.

Cənubi Amerikanın cənub-mərkəzi hissəsində yaşayan Quarani xalqı Argentina, Boliviya, Braziliya və Paraqvay ərazilərinə köç edib. Onların yaradılış mifləri bu bölgələri əhatə edir və adətən bir neçə mühüm fiqur bu hekayələrdə əsas rol oynayır:

Tupa – günəş tanrısı, Rupave – xalqın atası,  Sypave – xalqın anası.

Quarani xalqı Argentinada "El Pomberon" kimi bir sıra maraqlı miflər də yaradıb. El Pomberon yumurta oğurlayan və əsas məqsədi dünya heyvanlarını qorumaq olan fırıldaqçı kimi təsvir edilir. Santa De La Muerte əfsanəsinin kişi versiyası sayılan San La Muerte də Guarani icmalarında yaranıb. Digər məşhur Argentina əfsanələri arasında aşağıdakılar da yer alır:

El Familiar – yaxşı şəkər məhsulu əldə etmək üçün insan qurbanlarını toplayan və başı kəsilmiş it kimi təsvir edilən şeytan fiqur.

Pis İşıq – onu görənlərin xəzinə tapacağına və ya yox olacağına səbəb olan zəhərli bir işıq haqqında əfsanə.

Pascana əfsanəsi – əsir düşməmək üçün şeytanla razılaşan iki bədbəxt sevgilinin dramatik hekayəsi.

Bu miflər və əfsanələr Argentinanın tarixi və mədəni kimliyinin vacib hissəsidir və cəmiyyətin yaddaşında dərin izlər buraxmağa davam edir.

Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et