Bu gün:

Formula 1 komandasının keçmiş rəhbəri Cordan xərçəng diaqnozunu açıqlayıb


Formula 1 komandasının keçmiş rəhbəri Eddi Cordan deyir ki, ona bu ilin əvvəlində xərçəngin "olduqca aqressiv" forması diaqnozu qoyulub.

76 yaşlı kişi onurğa və çanaq nahiyəsinə yayılan sidik kisəsi və prostat xərçəngindən əziyyət çəkdiyini açıqlayıb.

Komandası 1991-2005-ci illər arasında yarışan Cordan dizayn əfsanəsi Adrian Neweynin hazırkı meneceridir.

Həm aparıcı David Coulthard ilə birlikdə "Formula For Success" podkastında danışan Cordan dinləyiciləri "get və sınaqdan keç, çünki həyatda şansların var",- deyə çağırıb.

"Mart və aprel aylarında şoularda buna işarə etdik, mənə sidik kisəsi və prostat xərçəngi diaqnozu qoyuldu, sonra onurğaya və çanaq nahiyəsinə yayıldı, buna görə də olduqca aqressiv idi",- deyə bildirib.

İrlandiyalı vurğuladı ki, onun vəziyyəti oktyabr ayında xərçəng xəstəliyinin ölümcül olduğunu elan edən altıqat olimpiya velosiped çempionu ser Chris Hoyun vəziyyətinə bənzəyir.

"Biz hamımız mükəmməl meqastar olan gözəl dostumuz Ser Chris Hoy haqqında eşitmişik və o, çıxıb mənim kimi xəstəliklərdən danışır, lakin o, daha gənc adamdır",- deyib.

"Gedin bunu edin. Axmaq olmayın. Utanmayın. Utancaq bir şey deyil. Bədəninizə baxın, uşaqlar",- deyə bildirib.

Mənbə: BBC News

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et