
UEFA Çempionlar Liqasının 6-cı həftəsində İspaniyanın “Atletiko Madrid” komandası öz meydanında Slovakiya təmsilçisi “Slovan Bratislava”nı 3:1 hesabı ilə məğlub edib. Madridlilərin heyətində Qrizman 2 qol vurduğu halda, bu həftəni xalsız başa vuran Bratislavanın növbəti mərhələ şansı yoxdur.
UEFA Çempionlar Liqasının 6-cı həftəsində həyəcan yaşanıb.
Riyadh Air Metropolitano-da oynanan qarşılaşmanın ilk yarısını ev sahibi Atletico Madrid, 16-cı oynayıblar. Onlar Julian Alvaresin və 42-ci dəqiqədə Antuan Qrizmanın vurduğu qollarla 2:0 öndə tamamlayıblar.
İkinci hissənin əvvəlində qonaq olan “Slovan Bratislava” VAR yoxlamasından sonra penalti qazanıb. David Strelec 51-ci dəqiqədə penalti zərbəsini yerinə yetirərək fərqi 1-ə endirib: 2-1.
57-ci dəqiqədə yenidən səhnəyə çıxan fransız ulduz Qrizmann fərqi yenidən 2-yə yüksəldib: 3-1.
Qalan vaxtda hesab dəyişməyib və Atletico Madrid bu mövsüm Nəhənglər Liqasında 4-cü qələbəsini qazanıb.
Xalı 12-yə yüksəldən ispan nəhəngi ilk 8-lik şansını artırıb.
Slovan Bratislava 6-cı həftəni xalsız başa vurub. Slovakiya yığmasının son iki həftəyə qədər növbəti mərhələyə yüksəlmək şansı yoxdur.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
