
Barselonanın futbolçusu Rafinya bu mövsüm həm İspaniya Liqasında, həm də Avropada göstərdiyi çıxışları ilə önə keçib. Braziliyalı ulduz meydana çıxdığı 23 oyunda ümumilikdə 17 qol vurub və 10 uğurlu ötürmə edib.
Rafinya bu mövsüm Barselonadakı çıxışı ilə diqqət çəkir. Hansi Flikin əvəzolunmaz oyunçuları arasında yer alan ulduz oyunçu qol vurmaqda xüsusilə bacarıqlıdır.
Rafinya Dortmund “Borussiya”sı ilə səfər oyununda nəzərə çarpan çıxışını davam etdirib.
Barselonanın 3-2 hesabı ilə qalib gəldiyi oyunda ilk qolu vuraraq qazandığı 3 xalda mühüm rol oynayıb. O, mövsümün əvvəlində Barselona ilə yollarını ayırma nöqtəsinə gələn ulduz futbolçu Hansi Fliklə birlikdə karyera mövsümü yaşayır.
Liqada çıxış etdiyi 17 oyunda 11 qol vuran braziliyalı ulduzun 8 uğurlu ötürməsi də var. Rafinya Çempionlar Liqasındakı mükəmməl çıxışını vurduğu qollarla bəzəməkdə davam edir.
Avropada 6 oyun keçirən 27 yaşlı futbolçu 6 qol və 2 uğurlu ötürmə ilə 8 qola birbaşa töhfə verə bilib. Braziliyalı ulduz, liqada və Avropada oynadığı 23 oyunda ümumilikdə 17 qol vurub, 10 ötürmə edib.
Barselonadakı ilk 2 mövsümündə cəmi 20 qol və 25 uğurlu ötürmə edə bilən Raphinha, artıq bu mövsüm bu statistikanı keçə biləcəyinə işarə etdi.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
