Bu gün:

Sizi daha uzun yaşadacaq 6 qida


Bəzi qidaların daha uzun yaşamanıza kömək edə biləcəyini bilirdiniz? Əbədi yaşamaq mümkün deyil, lakin sağlam qidalanmanın faydaları göz qabağındadır. Siyahıda qeyd olunmuş 5 qida uzun və sağlam ömür sürməyinizə kömək edəcək:

Meyvə

Meyvə uzun, sağlam həyat üçün əvəzolunmazdır. Müntəzəm olaraq müxtəlif meyvələr yeyən insanların yeməyənlərə nisbətən daha uzun ömür sürdüyü düşünülür. Buna səbəb meyvənin tərkibindəki vitaminlər və müxtəlif xroniki xəstəliklərdən qoruyan antioksidantlardır. 

Şokolad

Təbii ki, burada ərzaq mağazasından alınan südlü şokolad nəzərdə tutulmur. Yüksək kakao tərkibi (70% və yuxarı), keyfiyyətli tünd şokoladda bir çox antioksidanlar var. Bu antioksidanların ürək xəstəliyi riskini azaltdığı sübut edilmişdir.

Balıq

Somon və ya tuna kimi yüksək yağlı balıqlar kolon xərçəngi və ya ürək xəstəliyi riskini azaldır. Belə balıqların tərkibində immunitet sistemini gücləndirən A və D vitaminləri də var. Xüsusilə, omeqa 3 beyni qoruyur və insult riskini azaldır.

Yaşıl çay

Yəqin ki, yaşıl çayın faydalarını eşitmisiniz və sınamısınız. Elmi cəhətdən sübut olunub ki, bu çay xolesterini aşağı salır, təzyiqi tənzimləməyə kömək edir, immunitet sistemini gücləndirir və arıqlamağı sürətləndirir.

Zeytun yağı

Aralıq dənizi pəhrizinin ən sağlam pəhrizlərdən biri olduğu bilinir. Aralıq dənizi mətbəxində çox istifadə edilən zeytun yağı insult və ürək xəstəlikləri riskini azaldır. Zeytun yağında da bir çox antioksidan var. Bol zeytun yağı ilə qidalanan cəmiyyətlərin ömür uzunluğu almayanlara nisbətən 20% daha yüksəkdir.

Brokoli

Superfood da adlandırılan bu tərəvəzin faydaları saysız-hesabsızdır. Bol miqdarda C vitamini, kalsium və lif ehtiva edən brokolinin xərçəng şişlərinin kiçilməsinə də kömək etdiyi sübut edilmişdir. Brokoli, həmçinin xora, katarakt və virusların qarşısını alır.

Mənbə: Habertürk

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et