Dövlətlər keçmişdən bu günə qədər bir-biri ilə döyüşüb və üstünlük əldə etmək üçün texnologiyadan faydalanmağa çalışıblar. Müharibələrin qurudan, havadan və dənizdən aparıldığı sonrakı dövrlərdə hücum və müdafiə daim inkişaf etdirilməli olan əsas qüvvələr olub. Necə deyərlər, hər zəhərin bir antidotu var. Qılınclardan qorunmaq üçün qalxanlar, silahlardan qorunmaq üçün gülləkeçirməz jiletlər, tanklardan qorunmaq üçün tank əleyhinə silahlar, döyüş təyyarələri və raketlərdən qorunmaq üçün hava hücumundan müdafiə sistemləri hazırlanıbdır-hər hücum müdafiə olunmağa çalışılıb. Dövlətlər və müdafiə şirkətləri hava hücumundan müdafiə sahəsində böyük sərmayələr yatırıb və yüksək texnologiyalı hava hücumundan müdafiə sistemlərinin inkişafına töhfə veriblər.
Adi hava hücumundan müdafiə sistemləri düşmənin döyüş təyyarələrini və raketlərini havada məhv etmək üçün istifadə edilən raket sistemləridir. Hava hücumundan müdafiə sistemlərinin əsasını radar təşkil edir. Radarların məqsədi obyektlərdən əks olunan elektromaqnit dalğalarından istifadə etməklə cisimlərin mövcudluğunu, yerini, sürətini və digər xüsusiyyətlərini aşkar etməkdir. Radarlar əsasən ötürücü, qəbuledici, antena və prosessordan ibarətdir. Ötürücü müvafiq tezlikdə elektromaqnit dalğalarını havaya göndərir, maneədə ilişib geri əks olunan dalğalar qəbulediciyə gəlir və bu daxil olan siqnallar yer, hündürlük, istiqamət və s. kimi məlumatlara çevrilir.
İlkin və ikinci dərəcəli radarlar döyüş təyyarələrini aşkar etmək üçün istifadə olunur. İlkin radarların məqsədi təyyarələrin mövqelərini təxmini olaraq aşkar etməkdir. İkinci dərəcəli radarlar hədəf haqqında daha ətraflı məlumatı ortaya qoyur.
Bugünkü beşinci nəsil döyüş təyyarələri üçün vazkeçilməz olan "Stealth texnologiyası" təyyarələri kamuflyaj etməyi hədəfləyərək gizli təyyarələrin inkişafını təmin edib. Bir təyyarənin gizli təyyarəyə çevrilməsi üçün vacib olan şeylər var.
İlk növbədə, sistemdəki qəbuledici antenaya mümkün qədər az siqnal göndərməlidir. Bu məqsədlə, iti küncləri, hamar və nizamsız bucaqlı gövdə və qanad konstruksiyalarına malik təyyarələr hava hücumundan müdafiə sistemlərindəki ötürücülər tərəfindən havaya göndərilən radio siqnallarını birbaşa əks etdirmək əvəzinə bir çox fərqli nöqtələrə yaymaq üçün dizayn edilib. Bu yolla təyyarəyə dəyən elektromaqnit dalğaları müxtəlif bucaqlarda əyilir və onların yalnız kiçik bir hissəsi qəbul edən antenaya göndərilir. Yaxud təsir edən dalğaların kiçik bir hissəsinin əks olunmasını təmin etmək üçün təyyarənin gövdəsi radiasiya uducu materiallar və boyalarla örtülmüşdür. Bundan əlavə, gizli təyyarə dizaynlarında mühərriklərin də gizlədilməsinə ehtiyac ola bilər, çünki mühərriklər göydə çoxlu istilik izi buraxır və bu, radarlar tərəfindən aşkar edilir. Mühərriki aşağı gücdə həll yolu kimi istifadə etmək yaxşı fikir olsa da, təyyarə radar tərəfindən aşkar edildikdə hədəfə çevriləcək və manevr qabiliyyətinin azalması səbəbindən asan ov olacaq.
Dövlətlər təkmil döyüş təyyarələrinə sərmayə qoyduğu kimi, hava hücumundan müdafiə sistemlərinə də böyük sərmayələr qoyurlar. Beşinci nəsil döyüş təyyarələrinin geniş yayıldığı indiki vaxtda bu təyyarələrin öhdəsindən gələ biləcək hava hücumundan müdafiə sistemlərinin hazırlanması üçün böyük səylər göstərilir. Təbii ki, kvant radarları kimi gizli qırıcılardan qaça bilən yüksək texnologiyalı döyüş təyyarələri hazırlanacaq və burada da dövlətlər bir-biri ilə rəqabət aparacaq. Rəqabətdə geri qalmaq istəməyən dövlətlərin bu inkişafları izləməsi mütləqdir. Çünki gələcək səmadadır.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova