Bu gün:

“2026-cı il dünya çempionatında olacağıq”


Türkiyə Futbol Federasiyasının sədr müavini Ceyhun Kazancı hədəflərinin 2026-cı il dünya çempionatında iştirak etmək olduğunu bildirərək, "2026-cı ildə orada olacağıq və böyük nailiyyətlər əldə edəcəyik",- deyə bildirib.

Turkuvaz Media Mərkəzində Turkuvaz Media İdman Zirvəsi keçirilib. Proqramdan sonra mətbuat mənsublarının suallarını cavablandıran TFF sədr müavini Ceyhun Kazancı Milli Komandanın hədəflərinə də toxunub.

Kazancı "Cümə günü milli komandanın püşkatma mərasimimiz var. Məqsəd hamımızın həsrətində olduğumuz Dünya Çempionatında iştirak etməkdir. 2026-cı ildə orada olacağıq və böyük nailiyyətlər əldə edəcəyik. Millidə yarışlar var. Mart ayında Macarıstanla oynayacağımız liqadan sonra bu başlanacaq",-deyib.

“Müsbət birlik mühiti təmin etməliyik”.

Türk futbolunda yaşanan mübahisələrlə bağlı Kazancı "bunlar hər mövsüm davam edən şeylərdir. Bunlara diqqət yetirməməliyik, pozitiv olmalıyıq. İndi birləşmə zamanıdır. Türk futbolunu irəli aparmaq üçün hamımız bir araya gəlməliyik. Milli komandaya yayılacaq və klub komandalarımızı daha yüksək səviyyələrə daşıyacaq "Avropa kuboklarında böyük uğurlar qazandıracaq o müsbət birlik atmosferini təmin etməmiz lazımdır. Türkiyə Futbol Federasiyası olaraq əlimizdən gələni edəcəyik",- deyə bildirib.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et