
Premyer Liqa rəsmisi Kut istintaqdan sonra istefaya göndərilib. David Kut 2018-ci ildə Premyer Liqada ilk oyununu idarə edib.
Premyer Liqa rəsmisi David Kut davranışı ilə bağlı "hərtərəfli araşdırmadan" sonra hakimlər orqanı "PGMOL" tərəfindən istefaya göndərilib.
42 yaşlı Kut Liverpul və klubun keçmiş meneceri Yurgen Klopp haqqında aşağılayıcı şərhlər etdiyi iddia edilən videonun sosial mediada yayılmasından sonra noyabrın 11-də PGMOL (Professional Game Match Officials Limited) tərəfindən tam təhqiqata qədər dayandırılmışdı.
Bu yay Avropa Çempionatı zamanı çəkilmiş fotoşəkilləri dərc etməsindən iki gün sonra əlavə bir araşdırma açılıb və bu fotoşəkillərdə Kutun bükülmüş ABŞ əskinaslarının arasından ağ toz iylədiyini göstərdiyi iddia edilib.
"PGMOL" Kutun hərəkətlərinin onun mövqeyini "dayanılmaz" etdiyini söyləyib.
Nə şəkillər, nə də video BBC tərəfindən müstəqil olaraq təsdiqlənməyib.
"David Kutun hərəkətlərində onun əmək müqaviləsinin müddəalarını ciddi şəkildə pozduğu müəyyən edilib",- deyə "PGMOL" bildirib.
"David Kutu dəstəkləmək bizim üçün vacib olmağa davam edir və biz onun rifahına sadiq qalırıq".
Qeyd edək ki, Kut əmək müqaviləsinə xitam verilməsi qərarından şikayət etmək hüququna malikdir.
Mənbə: BBC News
Tərcümə etdi: Səbuhi Əzənmədli
