Bu gün:

Onu necə unuda bilərəm?


Həyatda minlərlə, yüzlərlə insan içərisindən sadecə biri səni dünyanın ən xoşbəxti ya da ən bədbəxti edəbilər. İnsan qalmaqdan daha çox getməyi seçər. Özü üçün deyildə, o xoşbəxt olsun deyə gedər. 


Acı versədə, yaşamalı, mübarizə aparmalı və həyatına davam etməlisən... Sevdiyiniz və qayğı göstərdiyiniz birini necə unuda bilərsiniz. Unutmaq üçün dərmanlar təsir göstərirmi və ya unutmaq üçün nə etməliyik?

1.Sevginin sizin üçün bitdiyini qəbul edin.



Aşiq olduğunuz birini unutmaq üçün atmalı olduğunuz addımlardan biri də sevginin bitdiyini qəbul etməkdir. Münasibətlərin artıq davam etmədiyini və sevdiyiniz insanla olmaq xəyallarınızın gerçəkləşməyəcəyini qəbul etmək çətin ola bilər, amma bu vacib bir addımdır. Həqiqətlə üzləşmək faktları görmək və qəbul etməkdir. Münasibətlərin bitdiyini və indi keçmişdə qaldığını qəbul etmək, emosional olaraq özünüzü azad etməyə imkan verir. Əvvəlcə ağrılı ola bilər, ancaq bu həqiqətə məhəl qoymamaq və ya inkar etmək vəziyyəti uzada bilər və sizə daha çox əziyyət verə bilər. Sevginin bitdiyini etiraf etmək də bəzən keçmişdəki vəsvəsəni aradan qaldırır. Keçmiş xatirələrinizi daim xatırlamaq və ya "istərdim" dolu düşüncələrə qapılmaq irəliləməyinizə mane olur. Əksinə, həqiqəti qəbul etmək, yenidən başlamaq imkanınız olduğunu dərk edir. Bu qarşıdurma prosesi zamanı emosional dəstək almaq da vacibdir. Yaxın dostlarınız və ya ailənizlə danışaraq hisslərinizi bölüşə və onlardan dəstək ala bilərsiniz. Eyni zamanda, özünüzə vaxt verərək emosional müalicəyə diqqət yetirin. Özünüzü sevin, özünüzə olan hörmətinizi xatırlayın və özünüzə yeni hədəflərə can atmaq imkanı verin.


2.Duyğularınızı idarə etməyi bacarın və vəziyyəti qəbul edin.



İlk addım yaşadığınız duyğuları tanımaq və onları aydın şəkildə ifadə etməkdir. Kədər, məyusluq, həsrət və ya inciklik hiss edə bilərsiniz. Bu hissləri müəyyənləşdirmək onları daha yaxşı başa düşməyə kömək edəcək və unutmaq üçün addımlar atmağa kömək edəcəkdir. Hislərinizi müəyyənləşdirdikdən sonra onları qəbul etmək vacibdir. Bu, emosional cəhətdən çətin bir proses ola bilər, çünki bəzən duyğularımızı inkar etmək və ya boğmaq istəyə bilərik. Ancaq hislərinizi qəbul etmək, onları rədd etmək əvəzinə öhdəsindən gəlməyə kömək edir. Özünüzə qarşı dürüst olun və hisslərinizin normal olduğunu qəbul edin. Bu, özünüzü bağışlamağınız, sağalma prosesinə başlamağınız və irəliləmək üçün möhkəm bir zəmin yaratmağınız üçün vacibdir. Emosional cəhətdən çətin anlarda emosional dəstək axtarmaqdan çəkinməyin. Dostlarınıza, ailənizə və ya terapevtinizə müraciət edərək hisslərinizi ifadə edə və dəstək ala bilərsiniz. Əgər kimsə sizə anlayış və empatiya ilə yanaşırsa, bu, emosional sağalma prosesinizi sürətləndirə bilər. Eyni zamanda, emosional olaraq sağlam həyat tərzi sürmək üçün sağlam qidalanmaya diqqət yetirin. Özünə qulluq, özünə sevgi və özünə hörmət emosional sağlamlığınızı gücləndirir. Hobbi ilə məşğul olun, sağlam münasibətlər qurun, özünüzü araşdırmağa vaxt ayırın və sizi emosional olaraq rahatlaşdıracaq fəaliyyətlərlə məşğul olun.


3.Keçmişdə ilişib qalmaq lazım deyil.



Aşiq olduğunuz birini unutmaq, keçmişə qapılmadan irəliyə doğru addımlamaq üçün vacib bir addımdır. Keçmişə diqqət yetirmək və sevginin itirildiyi dövrlərə davamlı qayıtmaq unutma müddətini uzada və emosional ağrıları artıra bilər. Beləliklə, keçmişə qapılmamaq emosional şəfa üçün vacibdir. Birinci addım keçmişə olan vəsvəsəni dərk etmək və qəbul etməkdir. Sevgini yaşadığınızı xatırlamaq, keçmişi xatırlamaq və ya münasibət haqqında düşünməklə daim məşğul olmaq unutmağı çətinləşdirir. Növbəti addım keçmişə olan bağlılığı azaltmaq və gələcəyə diqqət yetirməkdir. Keçmişi unutmayın, ancaq gələcək potensialı və imkanları görməyə diqqət edin. Yeni hədəflər qoyun, maraqlarınıza diqqət yetirin və yeni təcrübələrə açıq olun. Gələcəyə can atmaq, unutma prosesində irəliləməyə imkan verir və həyatınızda yeni xoşbəxtlik tapmaq şansınızı artırır.


4.Zamanı səmərəli istifadə etmək və yeni məşğuliyyətlər tapmaq lazımdır.



Aşiq olduğumuz birini unutmaq çox vaxt apara bilər. Bu müddətdə vaxtdan düzgün istifadə etmək və yeni hədəflər qoymaq vacib bir addımdır. Sevgi ağrısı ilə  özümüzə vaxt ayırmaq və enerjimizi müsbət bir şəkildə istifadə etmək şəfa prosesini sürətləndirə bilər. Yeni hədəflər qoymaq bizi cəlb edir və eyni zamanda öz şəxsi inkişafımıza diqqət yetirməyə imkan verir. Bu müddətdə edə biləcəyimiz fəaliyyətlərə nəzər salaraq daxili dünyamızdakı boşluğu doldura və özümüzü yeni təcrübələrlə araşdıra bilərik. Məsələn, hobbi olaraqyeni bir idman növü ilə məşğul olmaq və ya yeni bir dil öyrənmək kimi fəaliyyətlər bizə diqqətimizi cəmləşdirmək və sevgi ağrısından yayındırmaq imkanı verir. Vaxtdan düzgün istifadə etmək və emosional şəfa prosesində vacib bir addım olaraq yeni hədəflər qoymaq bizi daha güclü və özümüzə yönəlmiş insanlaredə bilər.


5. Emosional əlaqələri kəsmək və əlaqəni azaltmaq



Aşiq olduğumuz birini unutmaq üçün ilk addım onunla emosional əlaqələri kəsməkdir. Bəzən ağrılı ola bilər, amma sonradan sağalmağın açarıdır. Əlaqələri kəsmək üçün ünsiyyəti məhdudlaşdırmaq vacibdir. Sosial media hesablarını izləməyi dayandırmaq və ya bloklamaq onunla davamlı əlaqə saxlamamaq üçün vacib addımlardır. Eyni dairədə olmaqdan çəkinmək və qarşılıqlı dostlardan və ya fəaliyyətlərdən uzaq durmaq da lazım ola bilər. Bu sizə emosional məsafə verəcək və unutmağınıza kömək edəcəkdir. Bundan əlavə, xatirələrinizi unutmaq və emosional əlaqəni azaltmaq da vacibdir. Əşyalarınızı və ya şəkillərinizi gizlətmək əvəzinə, onlardan qurtulmaq və onları görməmək üçün bir müddət uzaqlaşmaq daha yaxşıdır. Ümumi zövqlərinizi və ya fəaliyyətlərinizi bir müddət dəyişdirmək və ya fərqli şeylərə diqqət yetirmək də faydalı ola bilər. Bu, zehninizdəki əlaqələri azaldacaq və diqqətinizi yeni təcrübələrə yönəltməyə imkan verəcək. Bununla birlikdə, yalnız emosional əlaqələri kəsmək və təmasları azaltmaq kifayət olmaya bilər. Özünüzə vaxt ayırmaq və emosional yaxşılaşma prosesinə diqqət yetirmək də vacibdir. Özünüzü öyrənmək, hədəflər qoymaq və maraqlarınızı genişləndirmək üçün imkanlar yaratmaq unutma prosesində vacib bir addımdır. Özünüzü sevmək, özünə hörmətinizi gücləndirmək və emosional olaraq bərpa etmək üçün mütəxəssislərdən kömək istəmək də vacib ola bilər.


Tərcümə etdi: Tərlanə Abdullayeva

Mənbə: Ne.oldu.com

 

Paylaş
Şərh əlavə et