Bu gün:

"Google"un kvant hesablama sahəsində irəliləyişi


Google yeni nəsil "Willow" çipi ilə kvant hesablama sahəsində mühüm irəliləyiş əldə etdiyini açıqlayıb. Şirkət bu çiplə beş dəqiqədə klassik kompüterlərin milyard illər tələb edəcəyi bir problemi həll edib.

Willow çipi 105 kubitdən ibarətdir və Google bu kubitlərin səhv nisbətlərini azaltdığını və real vaxtda səhvləri düzəldə bildiyini bildirib. Bu , kvant kompüterlərinin praktik istifadəyə yaxınlaşması üçün mühüm addım sayılır.

Google-un Quantum AI bölməsinin rəhbəri Hartmut Neven “Biz artıq keçid nöqtəsini aşmışıq," deyə açıqlama verib. Şirkət kvant çiplərinin istehsalını sürətləndirmək üçün xüsusi fabrik quraraq gələcək inkişaflara şərait yaradıb.

Google-un rəqibləri daha çox kubitli çiplər hazırlasa da , şirkət daha etibarlı və effektiv kubitlərə fokuslanır. Bu irəliləyiş kvant texnologiyalarının tibb , süni intellekt və kimya kimi sahələrdə tətbiqi üçün böyük potensial vəd edir.

Mənbə: CNN
Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et