
Çinli astronom və mühəndis Zhang Heng 132-ci ildə dünyanın ilk zəlzələ dedektorunu icad edib. Bu cihaz zəlzələləri olduğu yerdən hiss etmədən yüzlərlə kilometr uzaqdan aşkar edə bilirdi. Hengin sismoqrafı böyük bir bürünc qazan şəklində idi və üzərində səkkiz fərqli istiqaməti göstərən əjdaha fiqurları vardı. Hər əjdahanın ağzında kiçik bir bürünc top vardı və topun düşməsi zəlzələnin xəbərini verirdi.
İcadın ilk testi 138-ci ildə Luoyang şəhərində baş tutub. Bir zəlzələ aşkar edildikdə qərbi işarə edən əjdahanın topu düşüb , amma Luoyangdakı insanlar sarsıntıyı hiss etmədilər. Lakin bir neçə gün sonra qərbdəki Long bölgəsindən zəlzələ barədə məlumat gəldi və bununla Zhang Hengin icadının nə qədər dəqiq olduğu sübut olundu.
2005-ci ildə Zengzhoudakı alimlər bu antik sismoqrafın replikasını hazırladılar. Dörd fərqli zəlzələ dalğası ilə test edilən cihaz müasir sismograflarla eyni nəticələri verdi. Zhang Heng'in bu icadı o dövr üçün inanılmaz bir mühəndislik və elmi uğur idi, həmçinin zamanının çox irəlisində olduğunu göstərir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
