Bu gün:

Bitcoinin yaradıcısı kimdir?


Bitcoini kimin yaratdığını heç kim bilmir. Bu ideya 2008-ci ildə internet forumlarında özünü Satoshi Nakamoto adlandıran biri tərəfindən irəli sürülüb.

Nakamoto tərəfindən Bitcoini izah edən yazıda, bu valyutanın e-poçt göndərmək kimi internet üzərindən istifadəçilər arasında pul köçürməsinə imkan verəcəyi yazılmışdı.


Bu günə qədər bir çox müxbir, kriptovalyuta həvəskarları və tədqiqatçılar Satoshi Nakamoto-nun əsl kimliyini tapmağa çalışsalar da, buna nail ola bilməyiblər.


2014-cü ildə müxbirlər Dorian Nakamoto adlı yaponiyalın bu şəxs olduğunu düşünərək arxasınca qaçsalar da, sonradan bunun səhv tərcümə ilə bağlı olduğu anlaşılıb. Nakamoto olmaqda şübhəli bilinən başqa insanlar da var idi.


Ancaq Satoshi Nakamoto olduğunu iddia edən yalnız bir nəfər ortaya çıxıb: Avstraliyalı kompüter alimi Craig Wright.


O, BBC-yə müsahibəsində: “Mən Satoşi Nakamotoyam. Mən bunun böyük bir hissəsi idim. Başqaları da mənə kömək edirdi. istər inanın istər inanmayın. Məni narahat etmir” deyib. 


Lakin Rayt bunu sübut edə bilmədi və uzun illər davam edən hüquqi mübarizədən sonra Londonda Ali Məhkəmənin hakimi Raytın Nakamoto olmadığına qərar verdi.


Mənbə: BBC

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et