Bu gün:

Dünya iqtisadiyyatı 2025-ci ildə sürətlənə bilər


The Wallstreet Journal -ın verdiyi xəbərə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çərşənbə günü bildirib ki, inflyasiya soyumağa davam etdiyi üçün gələn il qlobal iqtisadiyyat bir qədər daha sürətli böyüməyə hazırlaşır, lakin tariflər yüksəlsə və hökumətlər geniş büdcə kəsirlərini daralda bilməsə, zəifləyə bilər.

Dünyanın güc və maliyyə mərkəzi olan ABŞ-də keçirilən prezident seçkiləri nəticəsində Donald Tramp yenidən hakimiyyətə gəlib. Dünya iqtisadi ekspertləri məhz Trampın atacağı addımları dünyada ticarət və iqtisadiyyatın vəziyyətini kəskin şəkildə dəyişəcəyini düşünürlər.

Ölkə daxilində və ümumi dünya əhatəsində görüləcək tədbirlər, infilyasiya faizinin sabitləşməsi və s. bu kimi işlər dünya iqtisadiyyatına yeni nəfəs gətirərək onu sürətləndirə bilər.

Hazırladı: Səidə Abasova

Paylaş
Şərh əlavə et