Bu gün:

Mahaçev UFC 311-də yüngül çəkidə titulunu qoruyacaq


Yanvarın 18-də Kaliforniyada keçiriləcək "UFC 311"turnirində rusiyalı ulduz İslam Mahaçev yüngül çəkidə çempion titulunu Arman Tsarukyana qarşı qoruyacaq.

Döyüş onların parlaq 2019 yarışmasının revanşıdır və Mahaçev xalla qazanıb.

Bu, UFC-nin 2025-ci ildəki ilk böyük tədbiri olacaq və ağır çəkidə çempion Merab Dvalişvilinin ilk titul müdafiəsi əsas tədbir olacaq.

Gürcüstanlı Dvalişvili UFC əfsanəsi Həbib Nurməhəmmədovun əmisi oğlu rusiyalı Umar Nurməhəmmədovla qarşılaşacaq və ilk dəfə UFC titulu uğrunda mübarizə aparacaq.

28 yaşlı Nurməhəmmədov 18 döyüşdə məğlub olmayıb, Dvalişvili isə 22 döyüşdə 4 dəfə məğlub olub.

Mahaçev 2022-ci ildə qazandığı vaxtdan bəri dördüncü dəfə yüngül çəki kəmərini qoruyur və 33 yaşlı idmançı 26-1 hesablı təsirli rekordunu yaxşılaşdırmağa çalışacaq.

28 yaşlı Tsarukyan zəif olacaq, lakin dörd döyüşdə qalibiyyət seriyası davam edir və onun sonuncu qələbəsi apreldə keçmiş çempion Çarlz Oliveyra üzərində olub.

Mənbə: BBC News

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et