Bu gün:

"Mövsümün ən yaxşı oyunu"


Premyer Liqanın lideri Liverpul mövsümün ən yaxşı oyunlarından biri olaraq xarakterizə edilən maraqlı matçda Nyukasl ilə 3-3 bərabərə qalıb.

Qırmızılar iki dəfə geridə qalıb, sonra isə həmişə etibarlı Məhəmməd Salahın dublu sayəsində lider olub və liqada qalibiyyət seriyasını beş oyuna qədər uzatmağa hazır idi.

Lakin Fabian Şerin 90-cı dəqiqədə bərabərlik qolunu vurması yorucu qarşılaşmanın sonunda Nyukasla layiqli xal qazandırıb.

"Bu mövsüm gördüyüm ən yaxşı oyunlardan biri oldu",- deyə keçmiş Çelsi qanad oyunçusu Pat Nevin BBC Radio 5 Live-yə bildirib.

Lakin onlar heç-heçədən sevinən yeganə tərəf olmayacaqlar, “Çelsi”, “Arsenal” və “Mançester Siti” – müvafiq olaraq ikinci, üçüncü və dördüncü – hamısı çərşənbə günü qələbə qazanıb. Beşinci yerdə qərarlaşan “Brayton” isə cümə axşamı “Fulhem”lə qarşılaşır.

Bu o deməkdir ki, "Liverpool"un liderliyi doqquz xaldan yeddiyə enib, gərgin dekabr ayının əvvəlində cədvəlin başında hər şeyin dramatik şəkildə dəyişdiyini görə bilərik.


Mənbə: BBC News

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et