Bu gün:

TFF-dən UEFA-ya şikayət


Türkiyə Futbol Federasiyası UEFA-dan "Beşiktaş"ın Avropa Liqasında "Makkabi Tel-Əviv"lə matçında qoldan sonra hərbi salam verən Qavriel Kaniçovski və klubu ilə bağlı araşdırma başlatmasını istəyib.

Qavriel Kaniçovskinin UEFA Avropa Liqasında oynadığı Beşiktaş-Makkabi Tel-Əviv matçında vurduğu qoldan sonra İsrail ordusunu salamladığı üçün Türkiyə Futbol Federasiyası (TFF) futbolçunun və klubunun UEFA-ya sövq edilməsini tələb edib.

TFF-dən verilən məlumatda, “Makkabi Tel-Əviv”in israilli futbolçusu Kaniçovskinin qolu qeyd edərkən İsrail ordusuna verdiyi salamın siyasi, düşünülməmiş və açıq-aydın niyyətli mesaj olduğu, UEFA Nəzarət, Etika və İntizam Şurasının bu addımı atdığı bildirilib.

"Makkabi Təl-Əviv" Macarıstanın Debrecen şəhərində keçirilən görüşdə 3:1 hesabı ilə qalib gəlib. Qavriel Kaniçovski komandasının ilk qolunu 23-cü dəqiqədə vurub.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et