Bu gün:

Ülgüc nə vaxt ixtira edilib?



Təraş olmaq həmişə bu qədər asan olmayıb. Ülgücün ixtirasına qədər insanlar köpək balığının dişlərindən, çaxmaq daşından və istiridyə qabıqlarından istifadə edirdilər. 

Bu ibtidai alətlərin ülgüclərlə əvəz olunduğu dəqiq vaxt məlum olmasa da, e.ə 4000-ci ilə aid Misir qəbirlərində mis ülgüclər və güzgü kimi istifadə olunan qızıl löhvələr tapılıb. Eyni zamanda, dünyanın müxtəlif yerlərində bu məqsədlə şüşə və vulkanik daşlardan istifadə edilmişdir.

 E.ə 4-cü əsrdə Makedoniyalı İskəndər düşmən əsgərlərinin müharibə zamanı saqqaldan yapışıb rəqibini məğlub edə biləcəyini düşündüyü üçün əsgərlərinə saqqallarını qırxmağı əmr etmişdi. Lakin bu iş üçün iti dəmir parçalarından istifadə edirdilər. 


İlk ülgüc 1762-ci ildə dizayn olunmuşdur. 1895-ci ildə isə King Camp Gillette-in iki tərəfli dizaynı istehsala buraxıldı. Lakin istifadə olunan material indikindən tamamilə fərqli idi və bu, istehsalda problemlər yaradırdı. Professor William Nickerson 1903-cü ildə ülgücü  karbon polad lövhələrdə istehsal etməyi təklif etdikdə günümüzdə istifadə olunan ülgüc bıçaqları meydana gəldi.

Mənbə: 
Popsci
Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et