Bu gün:

Kiborg böcəklər: gələcəyin axtarış-xilasetmə işçiləri


Queensland Universitetindən Leklen Fitscerald böcəklərə mikroelektron cihazlar yerləşdirərək onları idarə edə bilən biohibrid robotlar hazırlayır. Bu texnologiya, zəlzələ və ya partlayış kimi fəlakətlərdə insanlara yardım etməyi hədəfləyir.

Fitscerald böcəklərə yerləşdirilən cihazların onların hərəkətlərini elektrik siqnalları ilə idarə etdiyini izah edir. O , bu texnologiyanın ənənəvi robotlardan daha üstün olduğunu, çünki həşəratların təbii çevikliyə malik olduğunu bildirir.

Araşdırmalarda Avstraliyaya məxsus nəhəng torpaq böcəkləri və qaranlıq böcəklər istifadə olunur. Gələcəkdə bu texnologiya sağ qalanları tapmaq və dərman çatdırmaq üçün istifadə oluna bilər.

Bənzər layihələr Kaliforniya Texnologiya İnstitutunda və Kornell Universitetində də aparılır. Lakin bu texnologiyalar etik müzakirələr doğurur. Fitscerald böcəklərin rifahına təsiri minimal olduğunu vurğulayaraq , texnologiyanın insan həyatını xilas etmək potensialını üstün tutduğunu deyir.

Mənbə: CNN

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et