Bu gün:

Lester Sitiyə yeni baş məşqçi təyin olunub


“Mançester Yunayted”-də qısa məcəra yaşayan Van Nistelroy “Lester”- ə baş məşqçi olaraq gətirilib.

Hollandiyalı məşqçi Cümə günü “Lester”-i idarə edən Premyer Liqada cəmi 12 matçdan sonra istefaya göndərilən Stiv Kuperin yerinə təyin edilib. Van Nistelroy bazar günü tribunadan “Lester”-in sahibi Aiyawatt Srivaddhanaprabha ilə birlikdə yeni komandasının “Brentford” tərəfindən 4-1 hesabı ilə məğlub olmasına baxdı. Bununla belə, onun rəhbərlik etdiyi ilk oyun çərşənbə axşamı mükəmməl başladı, çünki Jamie Vardy-nin erkən açılışı Tülkülərə King Power Stadionunda 3-1 hesabı ilə qalib gəlməyə kömək etdi.

48 yaşlı Van Nistelroy: "Sonda nəticəyə və üç xala baxırsınız, bizim mövqedə olduğumuz üçün bu çox vacibdir"- dedi. "Biz Premyer Liqadakı səviyyəni bilirik və oynadığımız hər oyunda hər şeyin düzgün olması lazım olduğunu bilirik. Müdafiəmizi, əks hücumumuzu, topa sahib olmağımızı məşq edib inkişaf etdirməliyik. İşləmək lazım olan çox şey var, amma üç xaldan çox məmnunam."  Bu qələbə ilə “Lester Siti” 15-ci pilləyə yüksəlib.


Mənbə: BBC Sport

Tərcümə etdi: Müzəffər Quluzadə

Paylaş
Şərh əlavə et