Bu gün:

Yasəmən çiçəyinin mənası nədir?


Çiçəklər təbiətin, bəşəriyyətin tarix boyu imtina edə bilmədiyi bir parçası olmuşdur. Babilin asma bağlarından biri olan Kleopatranın sarayında hər cür çiçək növü mövcud idi. Bu gün vəziyyət çox da fərqli deyil. Bir çox insanlar bir buket nərgizin şəhər həyatının tutqun ab-havasını necə dəyişdirə biləcəyini hiss edirlər. Çiçəklərin mənaları da insanlar üçün maraq doğurur. Bu çərçivədə çox məşhur bir çiçək olan yasəmənin mənası haqqında da müəyyən məlumatları sizlərlə bölüşürük. 

İngilis dilli bölgələrdə "Jasmine" kimi tanınan yasəmən çiçəyi rənglərinə görə fərqli mənalar daşıyır.

Yasəmən çiçəyinin mənası nədir?

Latın adı “Jasminum” olan yasəmən çiçəyinin vətəni əslində Himalay dağları olsa da, bu gün bütün dünyaca məşhur bir çiçək növüdür. Yoğun və xoş qoxusuna görə kosmetika sahəsində də istifadə olunur.

Hamı tərəfindən çox sevilən  yasəmən çiçəyinin baxımı da çox asandır. Bizdə olduğu kimi yasəmən çiçəyinin adı bir çox ölkələrdə qadın adı kimi işlədilir.

Yasəmən çiçəyinin 200-ə yaxın növü mövcuddur. Yasəmən çiçəyi ağ, çəhrayı və bənövşəyi kimi rənglərə qədər geniş rəng seçimlərinə sahibdir. Yasəmən çiçəyinin qoxusu çox sakitləşdirci xüsusiyyətə malik olduğu üçün narahatlıq və stressi azaldır

Güllərin də insanlar kimi mənaları var. Çiçəklərin mənalarını təsvir edən əsərlər 1600-1700-cü illərdə yazılmışdır. Osmanlı İmperatorluğunda botanika və çiçək mövzusuna böyük əhəmiyyət verilirdi. Təbii ki, yasəmən çiçəyinin də bir mənası var. Bu çiçək gözəlliyi, nəcibliyi, cazibədarlığı və zərifliyi simvolizə edir. Yasəmən çiçəyinin mənası rənginə görə fərqlənir:

Qırmızı yasəmən çiçəyi qırmızı qızılgül kimi sevgi və ehtirasın simvoludur.

Sarı yasəmən məhsuldarlığı və bolluğu təmsil edir.

Ağ yasəmən çiçəyi isə xoşbəxtlik və bolluq kimi mənaları ifadə edir.

Mənbə: Hürriyet

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et