Bu gün:

Zirvədə İmmobile var


Trendyol Super Liqasında bombardir yarışında gərgin mübarizə gedir. İlk pillədə 9 qolla “Beşiktaş”dan Çiro İmmobile qərarlaşıb.

 “Beşiktaş”ın hücumçusu Çiro İmmobile 12 matçda 9 qolla liderdir.

Yarışda 3 futbolçu 8 qol vurub. Fənərbaxçadan Edin Dzeko, Rams Başakşehirdən Krzysztof Piatek və Trabzonspordan Simon Banza Immobile-ın ardınca fərqləniblər. Dzeko və Piatek 13 matçda, Banza isə 10 matçda sözügedən rəqəmə çatıblar.

5-ci yerdə "Fənərbaxça" forması ilə 13 matçda 7 qol vuran Duşan Tadiç qərarlaşıb.

"Qalatasaray"ın dünyaca məşhur ulduzu Viktor Osminhen 8 matçda vurduğu 6 qolla yarışda 6-cı pillədə qərarlaşıb. Osimhenlə yanaşı eyni sayda qol vuran daha iki ad var. "İkas Eyüpspor"dan Mame Tiam və Əhməd Kutucu 13 matçda 6 qola çatıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et