Bu gün:

İlk görüşdə zorakı insanı necə aşkar etmək olar?


Psixoloq Sulim zorakı insanı ifşa etmək üçün "təxribat" təşkil etməyi məsləhət görüb. Söhbət hələ tanımadığınız yeni dostdan gedir. Ekspertin fikrincə, aqressiyanı yoxlamaq üçün kiçik bir pafos kömək ola bilər. Məsələn, təsadüfən bir insanı itələyə və ya onun qarşısında qapını bağlaya və reaksiyasıma baxa bilərsiniz. Bu addım yalnız təcavüzkarla qarşılaşdığınızı hiss edirsinizsə atmağa dəyər.

Sofiya Sulim potensial partnyorun zorakılığa meylini mühakimə etmək üçün mühüm göstəricilər kimi insanın keçmişinə münasibətini və indi haqqında danışmasını qeyd edib. Gələcək haqqında danışmaq isə bu kontekstdə daha az əhəmiyyət kəsb edir.

Psixoloqun fikrincə, bir insandan ailə üzvləri, keçmiş tərəfdaşları ilə münasibətləri barədə birbaşa deyil, incəliklə soruşmaq lazımdır. Özünüz uşaqlıqdan bənzər bir hekayə ilə başlaya bilərsiniz, bu, imkan verəcəkdir ki, cavab olaraq yeni tanışlıq özünü göstərsin. Qarşınızdakı insanın danışdığı hekayələrdə aqressiyanın olması həyəcan siqnalı olacaq. “Aqressiyanın mövcudluğu o deməkdir ki, insanın öz içində hələ yaşanmayıb və qaçılmaz olaraq yeni tanış olduğu insana keçəcək. Bu çox vacib bir göstəricidir”, - deyə, mütəxəssis Lenta.ru ilə paylaşdı.

Mənbə: Secretmag.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et