Bu gün:

Formula 1-də ayrılıq baş verir


Serxio Peresin mövsümün sonunda Red Bull-dan ayrılacağı iddia edilib.

Avstriya yığmasının komandaların turnir cədvəlində geriləməsinə səbəb kimi Peres göstərilir. 

Formula 1-də mövsümün bitməsinə bir yarış qalarkən, ayrılıq xəbəri kulisləri silkələyib. Red Bull-un mövsümün son yarışı olan Abu Dabidən sonra Serxio Pereslə yollarını ayıracağı iddia edilirdi.

Meksikalı pilot komandası ilə 2025-ci il üçün müqavilə imzalasa da, mövsüm boyu ayrılma xəbərləri var idi. Amerikanın ESPN kanalı Serxio Peresin daha bir illik müqaviləsi olduğu üçün ona klubda fərqli vəzifə təklif ediləcəyini bildirib.

Eyni variant daha əvvəl Red Bull-un bacı komandası RB-də Daniel Rikkardoya təklif edilmişdi, lakin Rikkardo bu təklifi qəbul etməyib və ayrılmağı seçib.

Perezin yerinə ən güclü namizədin Liam Lavson olduğu bildirilir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et