
ABŞ-ın ev sahibliyi edəcəyi 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatının komandaları bəlli olub.
FİFA-nın verdiyi açıqlamaya görə, 15 iyun - 13 iyul 2025-ci il tarixləri arasında yeni 32 komanda formatı ilə ilk dəfə keçiriləcək təşkilatın püşkatma mərasimi 5 dekabr Cümə axşamı günü saat 21.00-da Mayamidə keçiriləcək.
Püşkatmadan əvvəl komandalar aşağıdakılardır:
1-ci səbət: Mançester Siti (İngiltərə), Real Madrid (İspaniya), Bayern Münhen (Almaniya), Paris Saint-Germain (Fransa), Flamenqo, Palmeyras, Fluminense (Braziliya), River Pleyt (Argentina)
2-ci səbət: Çelsi (İngiltərə), Borussiya Dortmund (Almaniya), İnter, Yuventus (İtaliya), Porto, Benfika (Portuqaliya), Atletiko Madrid (İspaniya), Salzburq (Avstriya)
3-cü səbət: Əl Hilal (Səudiyyə Ərəbistanı), Ulsan (Cənubi Koreya), Əl Əhli (Misir), Vidad (Mərakeş), Monterrey, Leon (Meksika), Boka Xuniors (Argentina), Botafoqo (Braziliya)
4-cü səbət: Urawa Red Diamonds (Yaponiya), Əl Ain (Birləşmiş Ərəb Əmirlikləri), Esperance (Tunis), Mamelodi Sandauns (Cənubi Afrika), Paçuka (Meksika), Seattle Saunders, İnter Mayami (ABŞ), Oklend Siti (Yeni Zelandiya) )
- Turnirin formatı
Turnirdə 6 konfederasiyadan 32 klub iştirak edəcək.
Komandalar dörd nəfərdən ibarət 8 qrupa bölünəcək və bir matçda üz-üzə gələcək.
Qrupunu ən yaxşı 2 yeri tutanlar növbəti turlarda birlik prinsipi ilə qarşılaşacaqlar.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
