Bu gün:

Psixi sağlamlıq üçün tətil müddəti nə qədər olmalıdır?


Psixikanı tam bərpa etmək üçün insana 21-28 günlük məzuniyyət lazımdır. Gazeta.ru istirahətin optimal müddətini deyən “Mediçina” ASC-nin psixoterapevti Mixail Kumovun dediklərini sitat gətirir.

“Daha az sayda gün yaxşı bir istirahət təmin edə bilməz, çünki insanın istirahətə keçməyə vaxtı olmur və sonra dərhal işə qayıdır”, - deyə, mütəxəssiz izah edib.

O, biletlərin alınması və otel seçimi ilə bağlı stresli vəziyyətlərdən qaçmaq üçün əvvəlcədən tətil planlaşdırmağı tövsiyə edib. Kumovun fikrincə, insanın istirahətinin növü onun fəaliyyət növündən asılıdır. Əgər o, fiziki əməklə məşğuldursa, yatmaq və uzanmaq vacibdir, amma insan əqli işləyirsə və işdə daimi stress yaşayırsa, onun aktiv istirahətə keçməsi və iş proseslərindən tamamilə ayrılması məsləhətlidir.

Psixoterapevt vurğulayıb ki, tətildə işləmək, yarımçıq qalmış layihələri götürmək və özünə müəyyən vəzifələr qoymaq olmaz, çünki bu halda insan stresdən azad ola bilməz.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et