Bu gün:

Texnologiya asılılığı nədir?


Müasir dünyada texnologiya həyatımızda həmişə mövcuddur və gündəlik fəaliyyətimizin bir hissəsinə çevrilib. 


Texnologiya asılılığı rəqəmsal cihazların və internetin həddindən artıq və nəzarətsiz istifadəsinə aiddir. Bir çox insan internet, smartfon və sosial media platformalarından saatlarla istifadə edir ki, bu da onların həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Bu yazıda texnologiya asılılığının nə olduğunu, niyə yayıldığını, hansı təsirləri yaratdığını və asılılığın qarşısını almaq üçün ala biləcəyimiz tədbirləri araşdıraq!


Texnologiyadan asılılığın əlamətləri


Texnologiya asılılığının ilk və ən bariz əlaməti vaxtın idarə edilməsində çətinliklərdir. Bir çox insan saatların necə keçdiyini fərq etmədən rəqəmsal cihazların qarşısında vaxt keçirir. Bu, tez-tez gündəlik fəaliyyətlərin və işlərin pozulmasına səbəb olur. Texnologiya asılılığı olan insanlar, ekran qarşısında keçirdikləri vaxtın artdığını anladıqda belə cihazlardan istifadəni davam etdirmək istəyini hiss edə bilərlər. Bu vəziyyət həm fiziki, həm də psixoloji cəhətdən mənfi nəticələrə səbəb ola bilər. Məsələn, baş ağrısı, göz yorğunluğu, yuxu problemləri və konsentrasiyada çətinlik kimi əlamətlər müşahidə oluna bilər.


Texnologiya asılılığının artmasında bir neçə əsas amil təsirli olur. Bunlardan biri sosial media və onlayn oyunların həddindən artıq cəlbediciliyidir. Sosial media platformaları istifadəçilərə daim yeni məzmun və bildirişlər təqdim edərək, onları daha uzun müddət onlayn qalmağa təşviq edir. Instagram, Facebook və TikTok kimi platformalar paylaşılan foto və videolar vasitəsilə anında rəy bildirərək istifadəçiləri təkrar-təkrar platformaya cəlb edir.


Psixoloji baxımdan, texnologiya asılılığı depressiya, narahatlıq və stress kimi psixi pozğunluqlara səbəb ola bilər. Sosial media və internetin davamlı olaraq təqdim etdiyi “mükəmməl həyatlar” qarşısında özünü qeyri-kafi hiss edən fərdlərdə aşağı özünə hörmət və özünə inamsızlıq müşahidə oluna bilər. Asılılıq həm də diqqətin olmamasına və motivasiyanın itirilməsinə səbəb ola bilər, çünki fərdlər daim rəqəmsal cihazlara üstünlük verərkən real dünya məsuliyyətlərini laqeyd edə bilərlər.


Ailədaxili münasibətlər də bu asılılıqdan mənfi təsir göstərə bilər. Rəqəmsal cihazlara görə ailə üzvləri arasında ünsiyyət boşluqları ola bilər. Bundan əlavə, uşaqların ailələrdə texnologiyadan həddindən artıq asılılığı valideynlərin bu vəziyyəti necə idarə edəcəklərinə dair qərar verməkdə çətinlik çəkməsinə səbəb ola bilər. Texnologiya insanlara məlumat və əyləncə təmin edərkən, digər tərəfdən, ailə daxilindəki bağları zəiflədə bilər.


Texnologiya asılılığını məhdudlaşdırmaq və nəzarət etmək üçün bir neçə təsirli üsul var:


Vaxtın idarə edilməsi:


Texnologiyadan istifadəni məhdudlaşdırmaq üçün müəyyən bir müddət təyin edin. Qalan vaxtı fiziki fəaliyyətlərə, hobbilərə və ictimai fəaliyyətlərə ayırın.


Rəqəmsal detoks:


Həftənin müəyyən günlərində rəqəmsal cihazlardan uzaqlaşmaq psixi sağlamlığı yaxşılaşdıra bilər. Bu, ailə ilə vaxt keçirmək və üz-üzə ünsiyyət qurmaq şansı verir.


Texnologiya asılılığı müasir həyatın gətirdiyi ən böyük təhlükələrdən biridir. Rəqəmsal dünyadan həddən artıq asılılıq fərdlərin fiziki və psixoloji sağlamlığına təsir edə bilər, onların sosial münasibətlərini zəiflədə bilər və şəxsi inkişafına mane ola bilər. Ancaq rəqəmsal dünyanın təqdim etdiyi imkanlardan yararlanaraq bu asılılığı idarə etmək mümkündür. Şüurlu istifadə, texnologiyaya balanslı yanaşma və texnologiyaya qısa fasilələr vermək bu asılılığın aradan qaldırılması üçün təsirli həllər təmin edir. Texnologiyadan düzgün və balanslı istifadə həm fərdi həyat keyfiyyətimizi, həm də cəmiyyətin ümumi sağlamlığını artıracaq.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et