İspaniya La Liqasının nəhəngi "Real Madrid" braziliyalı futbolçu Vinisius Juniorun zədələndiyini açıqlayıb. Ulduz futbolçunun 1 ay meydanlardan uzaq qala biləcəyi iddia edilir. İspaniya mətbuatı Vinisiusun yerinə ən güclü namizədin Arda Gülər olduğunu yazıb.
Real Madridin rəsmi internet saytından verilən açıqlamada tibbi müayinədən keçən Vinisiusun sol ayağının arxa əzələlərində zədə aşkarlandığı bildirilib.
Ötən mövsüm iki dəfə oxşar zədə alan Vinisiusun sağalma prosesi ilə bağlı açıqlama verilməsə də, İspaniya mətbuatı uğurlu futbolçunun bir ay meydanlardan uzaq ola biləcəyini iddia edib.
İspaniya 1-ci Futbol Liqasının 14-cü həftəsində dünən “Leqanes”lə matçda 90 dəqiqə meydanda qalan Vinisiusun soyunub-geyinmə otağına gedərkən ağrılar başladığı və bu gün səhər saatlarında müayinə olunduğu bildirilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli