İngiltərə Premyer Liqa təmsilçisi "Tottenhem" 28 yaşlı qapıçı Quqlielmo Vikarioda sağ topuq nahiyəsində sınıq diaqnozu qoyulduğunu və müalicəsinin başlandığını açıqlayıb.
Şimali London komandası ötən şənbə günü Premyer Liqanın 12-ci həftəsində səfərdə "Mançester Siti"ni 4:0 hesabı ilə məğlub edərək Pep Qvardiolanın yetirmələrinin evdəki 52 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub.
Sözügedən matçda 90 dəqiqə meydanda olan italiyalı qapıçı Vikarionun matçın 60 dəqiqəsini zədəli oynadığı bildirilib.
Vikario bu mövsüm 12-si Premyer Liqada, 2-si UEFA Avropa Liqasında və 1-i EFL Kubokunda olmaqla 15 matçda meydana çıxsa da, 4-də qapısını təmiz saxlamağı bacarıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli