Bu gün:

“Əlaçı sindromu”nun təhlükələri barədə xəbərdarlıq


Klinik psixoloq Mariya Manina deyir ki, hər zaman hər şeyi mükəmməl etmək istəyi və başqalarının qiymətləndirməsindən asılılıq “əlaçı sindromu”nun göstəricisi ola bilər. Psixoloq sindromun əlamətləri və təhlükələri barədə xəbərdarlıq edib. Manina qeyd edir ki, “əlaçı sindromu” bir insanın daim bəyənilmək, tərif qazanmaq istəməsi, ideallığa aludə olması və eyni zamanda səhv etməkdən və uğursuzluqdan dəhşətli dərəcədə qorxduğu bir vəziyyətdir. Psixoloq bu simptomun xarakterik əlamətlərini sadalayıb:

•Həddindən artıq məsuliyyət zəruri olmasa belə, hər şeyi mükəmməlliyə çatdırmaq istəyi

•Edilən hər hansı bir səhvin, hətta ən kiçik səhvin nəticələrinin şişirdilməsi

•Öz uğurlarını dəyərsiz görmək və başqalarının nailiyyətlərinə sevinə bilməməsi

•Öz nailiyyətlərini dəyərsiz görmək və daimi uğursuzluq qorxusu

•Ətrafdakıların qiymətləndirməsindən həddindən artıq asılılıq

Psixoloqun fikrincə, “əlaçı sindromu” olan insanın səylərinin nəticəsi qüsursuz kimi qiymətləndirilmədikdə zahirən sakit görünsə də, onun bütün daxili aləmi dağılır. Bu cür təcrübələr həddindən artıq psixi gərginliyə və nəticədə, mental sağlamlıq problemlərinin inkişafına səbəb olur.

“Əslində, “əlaçı sindromu”ndan əziyyət çəkən insan daim bəyənilmə axtarışındadır, başqalarının qəbulunu və sevgisini qazanmağa çalışır, ideallıq mövzusunda özünü möhkəm sıxır. Bu gərginlik maksimum nəticə əldə etmək üçün bir insanın siqnallarını boğmağa alışdığı bədən vasitəsilə də “oxunur”. O özünü yüzdəyüz olduğu kimi göstərə bilmir, çünki qiymətləri 5 olmasa olduğu kimi sevilə biləcəyinə inanmır”, - Mariya Manina bildirib.

Ancaq Maninanın qeyd etdiyi kimi, yetkin həyatda heç kim “gündəliyə qiymətlər qoymur”, buna görə də ən sərt və tələbkar müəllim rolunu və tənqidi yalnız özü yerinə yetirir. Qüsursuz bir dünyada bəzən mükəmməl nəticə əldə edə bilmədiyi üçün durğunluq və əziyyət çəkməkdənsə, nəyəsə görə C almaq və irəliləməyə davam etmək daha yaxşıdır.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et