Bu gün:

Barbara Taylor Bradford haqqında maraqlı məlumat


Barbara Taylor Bradford bestseller müəllifi və "A Woman of Substance" əsərinin yazıçısı , 24 noyabr 2024-cü ildə , 91 yaşında vəfat edib. Onun 1979-cu ildə çap edilən "A Woman of Substance" romanı 30 milyon nüsxə satılıb , 7 davam kitabı və Channel 4 tarixində ən çox izlənilən televiziya adaptasiyasını ərsəyə gətirib.

Taylor Bradford ümumilikdə 40 roman yazıb. Bunlardan bəzi məşhurları "Ravenscar", "Cavendon" və "House of Falconer" seriyalarını əhatə edir. Nəşriyyatçısı Lynne Drew , yazıçını “nəsilləri əhatə edən epik romanları ilə bestseller siyahılarına hakim olmuş , "qadın gücünü simvolizə edən nümunəvi yazıçı” kimi təsvir edib.

"A Woman of Substance" romanı Emma Harte adlı bir xidmətçinin böyük bir mağazalar şəbəkəsi quraraq yüksəlmə hekayəsindən bəhs edir. Kitabın 1985-ci ildə ekranlaşdırılmış mini-serialı 14 milyon izləyici toplayıb və iki Emmy mükafatına namizəd olub.

Taylor Bradford ilk hekayəsini 10 yaşında bir uşaq jurnalında nəşr etdirib. 15 yaşında məktəbdən ayrılaraq Yorkshire Evening Post qəzetində yazıçı kimi fəaliyyətə başlayıb. O , qadınların həyatını dəyişdirən və qadın gücünü ön plana çıxaran romanlarla ədəbi dünyaya böyük təsir göstərib.

Yazıçının son romanı "The Wonder of it All" 2023-cü ildə çap edilib. O , 2007-ci ildə kraliça II Yelizaveta tərəfindən ədəbiyyata xidmətlərinə görə "OBE" mükafatı ilə təltif edilib və National Literacy Trust təşkilatının səfiri olub.

Barbara Taylor Bradford , həyat yoldaşı , Hollivud prodüseri Robert Bradford ilə birlikdə ABŞ-a köçüb və həyat yoldaşının vəfatından sonra onunla eyni yerdə dəfn ediləcək

Mənbə BBC NEWS
Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et