Bu gün:

Çində süni intellektlə işləyən həkimlər işə başladılar


Çin dünyanın ilk süni intellekt xəstəxanasını açdı. Xəstəxanada süni intellektin yaratdığı 14 həkim də işə başlayıb. Bu həkimlər bir neçə gün ərzində 10 min xəstəni müalicə edə bilir. Bunu "insan" həkimlərin etməyi üçün ən azı 2 il lazım olacağı təxmin edilir. 

Robotların dünyanı ələ keçirəcəyi fikri keçmişdən bu günə qədər bir çox elmi fantastika filminin mövzusu olub. Robotların dünyanı zəbt edib-etməyəcəyini birlikdə görəcəyik, amma səhiyyə sahəsini əhəmiyyətli dərəcədə ələ keçirdiklərini desək yalan olmaz. Tsinghua Universitetinin tədqiqatçıları tərəfindən yaradılan bu xəstəxanada süni intellektin istehsal etdiyi 14 həkim işə başlayıb. 4 virtual tibb bacısı da bu həkimlərə kömək edəcək. The Street Journal-da paylaşılan xəbərə görə, 'insan' həkimlər ən azı 2 il müddətində 10 min xəstəni müalicə edə bilir, 'süni intellektli həkimlər' isə bunu bir neçə gündə edir. Dünya əhalisinin qocalması və səhiyyə xidmətlərinə tələbatın artması ilə bu sahəyə yeni investisiyalara ehtiyac var. Süni intellekt xəstəxanasının yaradılmasında məqsəd tibb işçiləri üzərindəki təzyiqləri aradan qaldırmaq və səhiyyə sahəsində inqilab yaratmaq kimi elan edilib. Xəstəxananın tədqiqat qrupundan biri olan Liu Yang, "Suni intellekt xəstəxanası  bir bölgədə yoluxucu xəstəliklərin yayılması, inkişafı və nəzarəti kimi müxtəlif tibbi ssenariləri simulyasiya edə və proqnozlaşdıra bilər" dedi.

Mənbə: onedio

Tərcümə etdi: Səma İsmayılova

Paylaş
Şərh əlavə et